Daha 60 ailə Qarabağa yola salındı - YENİLƏNİB
Bu gün növbəti köç karvanı ilə Hadrut və Qırmızı Bazar qəsəbəsinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Adalet.az xəbər verir ki, yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.
Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Onlar vurğulayıblar ki, bu gün başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.
Qeyd edək ki, bu mərhələdə Xocavəndin Hadrut qəsəbəsinə 10 ailə - 47 nəfər, Qırmızı Bazar qəsəbəsinə 20 ailə - 91 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
13:28
Bu gün Xocalıya növbəti köç həyata keçirilib.
Adalet.az xəbər verir ki, 149 nəfərdən ibarət 30 ailəyə mənzillərin açarlarını təqdim edilib.
Mərasimində iştirak edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramının məqsəd və vəzifələri barədə məlumat verib. Bildirib ki, dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq azad edilmiş ərazilərdə müasir infrastruktur qurulur, yaşayış evləri, sosial obyektlər inşa edilir və sakinlərin rahat, təhlükəsiz şəkildə məskunlaşması üçün hərtərəfli şərait yaradılır. Doğma yurda qayıdan insanların məşğulluq məsələsi də daim diqqətdə saxlanılır. Böyük Qayıdış proqramı çərçivəsində köç prosesi mərhələli şəkildə davam edir.
Daha sonra sakinlərə evlərin açarları təqdim olunub.
***
12:44
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Qırmızı bazar və Hadrut qəsəbələrinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.
Adalet.az xəbər verir ki, bu gün Xocavəndin Hadrut qəsəbəsi 10 ailə olmaqla 47 nəfərə, Qırmızı bazar qəsəbəsi isə 20 ailə olmaqla 91 nəfərə qucaq açıb. Qəsəbələrdə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.
Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.
***
12:42
Növbəti köç karvanı Xocalıya çatıb.
Adalet.az xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 149 nəfərdən ibarət 30 ailə köçürülüb.
***
11:38
Xocalı şəhəri, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə ümumilikdə 60 ailədən ibarət növbəti köç karvanları yola salınıb.
Adalet.az xəbər verir ki, qeyd olunan yaşayış məntəqələrinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocalı şəhərinə 30 (149 nəfər), Hadrut qəsəbəsinə 10 (47 nəfər), Qırmızı Bazar qəsəbəsinə isə 20 ailənin (91 nəfər) qayıdışı təmin olunub.
Digər Xəbərlər
16 Fevral 2026 10:07
Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb - Xəbərdarlıq
15 Fevral 2026 11:11
Yağış yağıb, külək əsib - FAKTİKİ HAVA
14 Fevral 2026 18:35
Leyla Əliyeva Göygöl səfərindən paylaşım etdi - VİDEO
14 Fevral 2026 18:10
Allaha şərik qoşmayan...
14 Fevral 2026 17:20
Sabah Bakıya intensiv yağış yağacaq – XƏBƏRDARLIQ
14 Fevral 2026 14:26
Müdafiə Nazirliyi: Azad olunan ərazilərdə 571 km-dən artıq yol bərpa edilib
14 Fevral 2026 13:12
Naxçıvanda ata öldü, 5 övladı xəstəxanalıq oldu - SƏBƏB
14 Fevral 2026 13:00


Bakı -°C

