Daha 3 rayonda azot gübrəsi güzəştli satılıb
Şəkidə və Gədəbəydə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Adalet.az -a verilən məlumata görə, fevral ayından etibarən "Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək məmnuniyyətə nail olmaqdır.
Növbəti səyyar satış aprelin 17-də Şəkinin Başgöynük və Gədəbəyin ucqar sərhəd kəndlərindən biri olan Düzrəsullu kəndlərində baş tutub. Səyyar satışlar zamanı 11,25 azot və 4,4 ton nitroammafoska gübrəsi satılıb.
Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yaralanaraq mineral gübrə alıblar. Növbəti satış aprelin 18-də Qəbələnin Çuxurqəbələ, aprelin 19-da isə Şamaxının Qızmeydan kəndində təşkil ediləcək.
Digər Xəbərlər
26 Aprel 2024 16:24
Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF
25 Aprel 2024 18:27