Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Fevralın 18-i saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olub.
Belə ki, düşən yağıntının miqdarı Astarada 3, Lənkəranda 2, Şabran, Oğuz, Qəbələ, Quba, Cəlilabadda 1 mm-dək olub.
Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Xaltan, Qusarda 1 sm-dir.
Fevralın 17-də şimal-qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.
Naftalan, Şəmkir, Zaqatala, Şəki, Şamaxı, Oğuz, Qusar, Lerik, Qrız, Yevlax, Zərdab, İmişli, Cəfərxan duman müşahidə olunub. Görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da, dağlıq rayonlarda eyni zamanda Qarabağ və Şərqi Zəngəzur bölgəsində 8 dərəcəyədək şaxta qeydə alınıb.
Digər Xəbərlər
14 Sentyabr 2026 18:00
Sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
14 Sentyabr 2026 17:51
Sabahdan iş rejimi DƏYİŞİR
14 Sentyabr 2026 15:25
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
12 Sentyabr 2026 16:23
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış oldular - FOTOLAR
12 Sentyabr 2026 12:35
Bakıda təmizlik və abadlıq işləri həyata keçirildi - FOTOLAR
12 Sentyabr 2026 11:31
"Ulduz" stansiyasının önündən keçən yola asfalt çəkilir
12 Sentyabr 2026 10:07
Dənizə getmək istəyənlərin NƏZƏRİNƏ!
11 Sentyabr 2026 22:02


Bakı -°C

