Dağıstanın keçmiş rəhbərinin oğlu adam öldürməkdə şübhəli bilinərək saxlanılıb
Rusiyanın Dağıstan Respublikasının hökumətinin keçmiş rəhbəri Muxtar Məcidovun oğlu Murtuzəli Məcidov 2018-ci ildə tələbəni öldürməkdə şübhəli bilinir.
REN TV-nin məlumatına görə, o, iyulun 28-də Moskvada saxlanılıb.
İstintaq məlumatına görə, Məcidov tələbə Tomiris Baysafı döyərək pəncərədən itələyib.
Xatırladaq ki, tələbə qız 2018-ci ildə dördüncü mərtəbənin pəncərəsindən düşüb. Çoxsaylı sınıq xəsarətləri alan qız xəstəxanaya aparılıb və bir neçə həftə sonra orada ölüb.
Əvvəlcə Baysafın ölüm hadisəsi "İntihar həddinə çatdırma” maddəsi ilə araşdırılsa da, sonra cinayət işi "Qətl” kimi təsnif edilib.
O zaman tələbələrdən biri qızın ölümündə şübhəli bilinib. Lakin onun bu cinayətdə əlinin olması sübuta yetirilməyib.
Digər Xəbərlər
27 Aprel 2024 13:33
Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21Avtomobil oğurlayan Salyan sakini saxlanıldı
27 Aprel 2024 09:15