adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Aprel 2020 08:53
73070
ŞOU-BİZNES

Dadaşovlar arasında “soyuq yellər” əsir?- Səidənin eyhamlı paylaşımı...

Yadınızdaolar bəlkə də... Xalq artisti Rafael Dadaşovun keçmiş həyat yoldaşı, BrilliantDadaşovanın bacısı, Səidə, Leyla və Ayxan adlı üç övladı olan aktrisa SədaqətDadaşova Türkiyənin "Fox” telekanalında yayımlanan "Zuhal Topalla İzdivac”proqramına qatılmışdı. Əslində heç unudulacaq mövzuda deyil.

Deməli,Oqtay adlı kişi üçün proqrama qonaq olan 64 yaşlı aktrisamız müraciət etdiyi bəybarədə fikirlərini bölüşmüşdü: "Gördüm ki, yaxşı və kübar adamdır. Bəyəndiyimüçün proqrama qatılmağa qərar verdim. Oqtay bəyin anası ilə yaşadığını bilirəm.Razılaşsaq, İstanbulda onlarla yaşaya bilərəm”.

S.Dadaşovanın evlilik proqramında iştirak etməsi isə sosial şəbəkələrdə birmənalıqarşılanmadı. İnsanlar aktrisanı 64 yaşında atdığı addıma görə tənqid etdi.

Jurnalistləraktrisanın keçmiş həyat yoldaşı Rafael Dadaşovun fikirlərini də öyrəndi. Xalqartisti açıqlamasında bildirdi ki, məsələ ilə bağlı danışmaq istəmir: "O boydatanınmış Brilliant bacısı var, ona zəng edin. Məndən niyə soruşursunuz? Mən Sədaqətinəmisi oğluyam, evlilik proqramına qatılması barədə niyə danışmalıyam? Bu barədəbacısı danışsın. Onu Türkiyəyə bacısı göndərib”.

Rafael Dadaşovun yas mərasimindəBriliant Dadaşovanın qəzəbi...

SonraXalq artisti Rafael Dadaşovun yas mərasimində gərgin anlar yaşandı.

Aktyorunailə üzvləri (qızları) jurnalistlərin evdə sənətkarın nəşini çəkməsinə qarşıçıxdı.
Brilyant Dadaşova isə ailə üzvlərinin bu addımından qəzəbləndi və etiraz edərəkçəkilişə şərait yaradılmasını istədi:



"Eləbil bu evin sahibi, ailənin böyüyü yoxdur. Fındıq ailəsidir. Kim nə istəyir,onu danışır. Kimin ağzı var, danışır. Hərə öz işini görsün".

Bu azmış kimi daha sonra isə Xalq artistiBrilliant xanım kimə əsəbləşmişdisə, qəzəbinin heyifini Rəfael Dadaşovun yas mərasiminəgələnlərdən cıxdı. Onları məclisdən qovdu. Bu barədə blogger Elçin öz instagramsəhifəsində yazdı:

"Xalqartisti Rafael Dadaşovun yasından hamı qovuldu. Rayondan uzaq yol gələninsanların çay-halvası qabağında qaldı. Ahıl yaşda insanlar, aparıcılar olanbir yerdə Brilliant xanım "yas qutardı, artıq durun hamınız gedin"dedi. Camaat da ayağa qalxdı və hamı Rafael Dadaşovun evini tərk etdi. Allah rəhməteləsin dəyərli sənətkar, ruhun şad olsun. Amma biz çayxanaya, qəlyanxanaya gəlməmişdikbizə durun çıxın deyilsin".

Adalet.azxəbər verir ki, mərhum Xalq artisti Rafael Dadaşovun müğənni qızı SəidəDadaşova "Instagram” hesabında maraqlı bir paylaşım edib: "Artıq bizi tərketdiyin 40 gündür... Sənin haqqında "öldü” ifadəsini heç zaman qəbul edə bilmədim,canım atam. Ona görə də "tərk etdi” ifadəsini deyirəm”.

İlləröncə atası ilə birgə çəkilmiş fotosunu izləyiciləri ilə bölüşən Səidə ürək sözləriniyazıb və bəzi gizlin eyhamlar sosial şəbəkə izləyicilərinin diqqətindənyayınmayıb. Paylaşıma diqqət edin:

"Axısən ölməmisən,mənim ürəyimdə yaşayırsan. 40 gün öncə,16 mart, otarix hər zaman ürəyimdə yara olacaq. Həmin gün səhərə yaxın gözlərim önündəcanlanır. Yola saldığımız səhər... Mənim dünyam da söndü.

Yoxluğundanistifadə edib, bilib-bilmədiklərini danışdılar. Buna əslində, çox təəccüb etmədim.Çünki sənin sağlığında buna cürətləri çatmazdı. Yerin behişt olsun, atam. Mənədemişdin:"Qızım, güclü ol, çünki mənim qızımsan”. Sənə söz verdiyim kimiolacam. Ölməz, əfsanəvi atam”.

Qeydedək ki, R.Dadaşovun əmisi qızı, Xalq artisti Brilliant Dadaşova bundan öncəsosial media hesabında aktyorun fotosunu paylaşaraq bu sözləri yazmışdı:

"Səninqoxun indi də burnumdan getmir.Heyif, sən xəstəxanaya düşəndə Bakıdaolmadım. Ümumiyyətlə, məni xəbərdar etmədilər, məsləhətləşmədilər. Cansağlığınla, xəstəliyinləöz verilişlərində reytinq düzəldənlərin ümidinəqaldın. Əlbəttə, televiziya vasitəsilə ifşa edilən həkimlər buna görə incikdüşüb, səni yaxşı müalicə etmədilər.



Həttavəziyyətinin tezliklə ölümlə nəticələnəcək dərəcədə ciddi olduğunu bildirmədilər.Türkiyədən qayıdıb səni başqa xəstəxanaya yerləşdirdim, amma artıq çox gec idi.Çünki belə xəstəliklərdə bir gün də qızıla bərabərdir, nəinki iki ay”.

Nə baş verir?

Bütüngizlinlər heç vaxt sona qədər gizlin qalmadığı ücün bir gün bu gizlinin də aşkar olacağına şübhəmizyoxdu. Amma hələ ki. Dadaşovlar arasında "soyuq və qara yellər” əsməkdəolduğunun hər kəs fərqindədir.

Son: Qeydedək ki, Səidə ilə xalası arasında inciklik hər zaman olub və davam edir. Bunasəbəb Brilliant Dadaşovanın Səidəni müğənni kimi qəbul etməməsidir.

Əntiqə Rəşid