Dabaq xəstəliyinə görə bəzi ərazilərə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
Ölkə ərazisinin yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə bəzi ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Şotlandiyanın Aberdinşir inzibati ərazi vahidində, Orkney adalarında, Perunun Lambaeke, Lima, İka regionlarında, Xorvatiyanın Brodsko-Posavska inzibati ərazi vahidində, Kamboca Krallığının Kampot, Battambanq əyalətlərində, İtaliyanın Apuliya regionunda, Litvanın Mariyampol dairəsində, ABŞ-nin Oreqon, Yuta ştatlarında yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.
Rusiyanın Vladimir vilayətində Nyukasl, Çinin isə Çonqqinq əyalətində qeydə alınmış dabaq xəstəliyinin olmadığı müəyyən edilib.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

