D. Medvedev: "Müharibədən qaçmaq üçün razılaşmalara getmək lazımdır"
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, ölkənin aparıcı KİV-lərinə müsahibəsində bildirib ki, Ukrayna ətrafında yaranan gərginliyi qızışdırmaq alverindən əl çəkməli, müharibədən qaçmaq üçün razılaşmaya getmək lazımdır.
"Bəli məhz təhlükəsizliyin təmin olunması, siyasi diplomatiya vasitəsi olmalıdır. Avropa və Beynəlxalq sənədlərdə göstərilən kimi, bir tərəfin təhlükəsizliyi, digər tərəfin təhlükəsizliyinin pozulması üstündə qurulmamalıdır"- deyə o, müsahibəsjndə qeyd edib.
Yaradılan gərgimliyin kimlərə sərf etdiyi məsələsinə toxunan Medvedev, ABŞ senatorlarınından birinin söylədiklərini misal göstərib: "Bir həftə əvvəl, Birləşmiş Ştatların adını unutduğum qoca senatorlarından biri bəyan etmişdi ki, "Rusiya və ABŞ arasında nüvə müharibəsi başlaya biləcəyini istisna etmirir". Yaşlı adamdır, ömrünü yaşayıb və yəqin ki, onun üçün fərqi yoxdur, nüvə zərbələrindən sonra nələrin ola biləcəyi onun üçün maraqlı deyil. Bu sadəcə paranoyadır, hətta şəhr etmək belə istəmirəm".
"Senat Amerikada çox nüfuzlu təşkilatdır. Oradan senatorların dili ilə belə bəyənatların səslənməsi çox məyusedicidir"- deyə Medvedev bildirib.
Daha sonra o, əlavə edib ki, Karib böhranı hələ o vaxt göstərdi ki, bu cür hərəkətlər dünyanın sonunu gətirə bilər. " Buna baxmayaraq yenə də nüvə müharibəsi dilə gətirilir. Buna necə reaksiya vermək olar? Bu səviyəsizlikdir və ya siyasi alverdi, nədi? Hər bir halda bu çox təhlükəlidir".
Dünən ABŞ və NATO Rusiyanın yazılı tələblərinə yazılı cavab verib. Konfidensial danışıqların davam etdirilməsinə imkan yaratmaq məqsədilə, cavabın mətni hələ ki, açıqlanmır. Verilən məlumatlara görə, Rusiyaya təqdim olunan yazılı sənəddə "ciddi güzəştlər" yoxdur.
Rüstəm Hacıyev
Digər Xəbərlər
30 Dekabr 2025 18:54
Ərdoğan Somali Prezidenti ilə görüşdü
30 Dekabr 2025 17:45
İsveçrədə dövlət məktəblərində hicaba qadağa qoyulur
30 Dekabr 2025 17:34
Hindistan Rusiyadan neft alışını minimuma endirdi
30 Dekabr 2025 15:46
Tokayev LGBT təbliğatını qadağan edən qanun imzaladı
30 Dekabr 2025 15:28
Pezeşkiandan Trampa XƏBƏRDARLIQ
30 Dekabr 2025 14:19
Azərbaycan bayrağı altında üzən tanker “həyəcan siqnalı” göndərib
30 Dekabr 2025 13:43
"Putinin iqamətgahına edilən hücum terror aktıdır" - Kreml
30 Dekabr 2025 11:56


Bakı -°C

