adalet.az header logo
  • Bakı -°C
24 Iyul 2026 09:52
64
GÜNDƏM
A- A+

“Məkkə ticariləşmiş, Kərbəla siyasiləşmiş ziyarət məkanıdır artıq”

“Həcc turizm ticarəti xarakteri daşıyır, bir sıra biznes maraqları üçün vasitəyə çevrilib. Kərbəla və Məşhəd ziyarəti isə əsasən İranın ideoloji maraqlarına xidmət edən siyasi aksiya xarakteri alıb”. 

Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. 

“Adı ziyarət olsa da hər ikisi mahiyyəti etibarı ilə turizm - ticarət və ideoloji - siyasi maraq kəsb edir.Amma vaxtilə Həcc ibadət, Kərbəla isə ziyarət xarakterli idi. İndi İranın məzhəbçi ideoloji propaqandası üçün siyasi mehvərə çevrilib.Dinin ticarətə vəsilə, siyasətə alət edilməsi onun bütün ülvi, əxlaqi, mənəvi mahiyyətini xarab edir”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN