C.Yellenin təklifi Hindistanı "yoldan" çıxartdı -O da Rusiyadan neft alışını dayandırır...

Ötən həftə ABŞ Maliyyə Naziri Canet Yellen Hindistan üçün cəzbedici açıqlama vermişdi. O bildirmişdi ki, ABŞ Hindistanın Rusiya neftini Qərb şirkətlərinin xidmətlərindən istifadə etmədən qiymət limitindən yüksək almasına qarşı deyil.
Yellenin bu açıqlamasından sonra artıq Hindistan ən yaxşı tərəfdaşı olan Rusiya ilə əlaqələri azaltmaq fikrinə düşüb.
Adalet.az qərb mətbuatına istinadən xəbər verir ki, Hindistan AB-nin sanksiyaları səbəbindən Rusiyadan neft alışını müvəqqəti dayandıracaq.
Məlumata görə, Hindistan neft emalı kompleksinin operatoru “Reliance Industries” dekabrın 5-dən sonra Rusiya neftinin yüklənməsi üçün sifarişlərin icrasını təxirə salmaq qərarına gəlib.
Qeyd edək ki, sanksiyalardan sonra Yaponiyanın ən böyük neft şirkəti olan “Eneos Holdings” , Böyük Britaniyanın transmilli neft-qaz şirkəti “British Petroleum, Çinin dövlət şirkətləri, Almaniya, ABŞ və bir sıra dünya ölkələri Ukraynaya hücumla əlaqədar Rusiyadan neft-qaz idxalını dayandırıb.
P.S. Qərb ölkələrinin Rusiyaya zərbə vurmaq məqsədini Rusiya təmkinlə qarşılayır və adi hal hesab edir. Amma özünə dost və tərəfdaş bildiyi ölkələrin qərb ölkələri ilə eyni sırada durmağını bağışlamayacağı dəqiqdir. Bildiyimiz kim, Rusiyanın Hindistandakı səfiri Denis Alipov bu ilin martında jurnalistlərə açıqlamasında bildirdi ki, yaxın zamanda Hindistanın Korva şəhərindəki müəssisədə "Kalaşnikov AK-203” avtomat silahı istehsal ediləcək.
Beləki, “AK-203”ün istehsalının nəzərdə tutulduğu zavod Hindistan-Rusiya birgə müəssisəsidir. Maraqlıdır ki, 2019-cu ilin martında Hindistanın Baş naziri Narendra Modi “Kalaşnikov” avtomat silahının istehsalı ilə bağlı Hindistan-Rusiya birgə müəssisəsinin yaradıldığını elan etmişdi. Beləcə Rusiyanın dost və tərəfdaşları tükənmək üzrədir.
Əntiqə Rəşid
Digər Xəbərlər
29 Oktyabr 2025 17:34 İri sahibkarlığa verilən kreditlərin həcmi MƏLUM OLDU
29 Oktyabr 2025 11:07 “Zəngəzur dəhlizinin 2028-ci ildə istifadəyə veriləcəyi gözlənilir”
28 Oktyabr 2025 16:54 Prezident “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub - FOTOLAR
28 Oktyabr 2025 16:19 "Ən yaxşı xəbər yeni istehsal müəssisəsinin yaradılmasıdır"
28 Oktyabr 2025 11:32 “Yüksək vergilər iqtisadi fəallığı azaldır...”
28 Oktyabr 2025 11:19 Təhsil, tibb və sosialda normalar artırıldı: daha hansı artımlar olacaq?
27 Oktyabr 2025 09:40 2026-cı ildə pensiya kapitalı artırılacaq
27 Oktyabr 2025 08:46 

Bakı -°C 






