adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 Aprel 2020 08:50
30461
ŞOU-BİZNES

COVID-19 yoluxan Türkiyəli məşhurlar: Baş ağrısı, burun tutulması, hərarət…

Türkiyənin tanınmış sənətçilərindən birneçəsinin 2020-ci ilin qorxunc epidemiyası olan koronavirusa yoluxduğu haqqındaməlumatlar hazırda Türkiyə mətbuatının gündəmini zəbt edib.

Adalet.az xəbər verir ki, bütün dönəmlərinsevilən "İmperator”u İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtak Tatlısəs koronavirusa yoluxub. "Instagram” hesabındancanlı yayımda D.Tatlısəs deyib ki, oynaqağrıları, dadbilmə və hissiyyatınitməsinə görə verdiyim COVID-19 testinin nəticələri pozitiv çıxdı. Uzun zamanbirlikdə yaşadığı sevgilisi Levent Dörtlerin koronavirusa yoluxmasından sonra"Instagram”da canlı yayıma çıxan müğənni halsızlıq hiss etdiyini, dərman qəbuletdiyini, tərlədiyini,nəfəs alarkən çətinlik çəkdiyini vəxəstəliyəyoluxmaqdan qorxduğunu bildirmişdi.

Türkiyənin daha çox seriallardan tanınanaktrisası Cansın Çekili də bir neçəgündür koronavirusa yoluxma səbəbi ilə karantindədir. Aktrisa artıq yaxşılaşmaqüzrədir. O, özünün sosial media hesabında bu barədə məlumat verib vətamaşaçılarını özlərini qorumağa səsləyib:"Müalicəm davam edir. İnanınki, sağalmaq üçün çox çalışıram. Xahiş edirəm, lazım olmadıqca evdən çıxmayın.Məsafəni hətta bir evdə yaşadığınız insanlarla da qoruyun. Həqiqətən, bu,çox vacibdir”.

18gündür evdəkarantində olan türkiyəli müğənni Esra Balamir bu müddətdə başına gələnləri danışıb. "Kanal D”dəyayımlanan "Neler oluyor hayatta” verilişinin canlı yayımına bağlanan Balamirkoronavirusla bağlı izləyiciləri maraqlandıran suallara aydınlıq gətirib. Onundediyinə görə, əvvəlcə qrip olduğunu sanıb: "İki-üç gün qızdırmam oldu. Testimpozitiv çıxdı. Amma öskürmə olmadı. Sadəcə, hərarət və burun tutulması, aradada baş ağrısı”. Müğənni tibb işçilərinin onunla maraqlandığını, dərmanlarınıevinə gətirdiklərini, hər beş gündən bir yenidən test edilməliolduğunudeyib. Bu aralar heç kimlə ünsiyyət saxlamayan, evə də kimsəniçağırmamasına rəğmən, virusa yoluxduğunubildirən müğənni insanların bu qədərrahat olmasına təəccüblənir.O, vəziyyətinin getdikcə yaxşılaşdığını qeyd edib vəiki gün sonra verəcəyi testin mənfi nəticə göstərəcəyinə ümid etdiyinibildirib.

Bilirsiniz ki, ABŞ-da 336,830 insan koronavirusa yoluxub,9618 nəfər bu virusdan dünyasını dəyişib Uzun müddətdir ABŞ-da yaşayan Yeşilçamaktrisası Ahu Tuğba koronaviruslabağlı danışarkən söyləyib ki, pulun varsa sağalırsan, yoxdursa, küçədə ölürsən,meyitini də yandırırlar:"ABŞ-da pulun yoxdursa, küçədə ölürsən,meyitini də yandırırlar. Qonşumuz xəstəxanaya getmişdi, kilsə xəstəxanasıydı,baxmadılar, 3 gün gözlətdilər",

P. S. Yanmaq istəməyənlər evdən çöləçıxmasın, özünü və sevdiklərinizi qoruyun!

Əntiqə Rəşid