Corctaun Universitetinin professoru ADU-da mühazirə oxuyub
Aprelin 18-də Corctaun Universitetinin professoru Sam Potolicchio Azərbaycan Dillər Universitetinin (ADU) SABAH qruplarında təhsil alan tələbələrə "Yaradıcı düşüncə” mövzusunda mühazirə oxuyub. O, insanların əqli düşüncə və fiziki bacarıqlarını doğru istifadə etməsi nəticəsində daha məhsuldar və keyfiyyətli həyat tərzi qura biləcəklərini söyləyib. Eyni zamanda asudə vaxtda səmərəli fəaliyyətlə məşğul olmağın zehni və yaradıcı düşüncənin inkişafına səbəb olduğunu da sözlərinə əlavə edib.
Mühazirə tələbələri maraqlandıran sualların cavablandırılması ilə sona yetib.
Qeyd edək ki, S.Potolicchio ABŞ-ın Corctaun Universitetinin Qlobal Səfər Tələbə Proqramının akademik rəhbəridir.
Digər Xəbərlər
29 Aprel 2024 12:38
Bazar günü imtahan olacaq
28 Aprel 2024 09:00Magistraturaya II cəhd qəbul imtahanı KEÇİRİLƏCƏK
27 Aprel 2024 17:44Azərbaycanda müəllim vəfat edib - FOTO
26 Aprel 2024 11:23Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər
26 Aprel 2024 11:12