“Corc Floyd üçün ədalət” istəyən futbolçu cəzalandırıldı
Macarıstanın "Ferentsvaroş” komandasının futbolçusu Tokmak Enquen vurduğu qoldan sonra üzərində "Corc Floyd üçün ədalət” yazılmış köynəyi nümayiş etdirməklə ABŞ-ın Minnesota ştatında baş verən hadisəyə münasibət bildirib.
Bu barədə "HaberGlobal” məlumat yayıb.
Macarıstan Futbol Federasiyası Norveç vətəndaşlığı olan Cənubi Sudandan olan futbolçunun bu hərəkətini"qınadığını” elan edib.
Xatırladaq ki, FIFA ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floydun zorakılıqla öldürülməsinə meydanda reaksiya göstərən futbolçuların cəzalandırılmaması üçün klublara və təşkilatçılara çağırış etmişdi.
Digər Xəbərlər
30 Aprel 2024 10:39