adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Mart 2017 19:20
5178
MƏMLƏKƏT

Cocuq Mərcanlıda minalar tapılıb

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində partlamamış hərbi sursatlar tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, bu gün ərzində kənddə 6 evə baxış keçirilib,

Baxış zamanı 944 ədəd qəlpə, 7 ədəd partlamamış hərbi sursat (2 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM) və 5 ədəd TM-62P3 minasının gücləndiricisi) və 3 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilib.

Nəticə etibarilə 62 648 kv.m ərazi (5 148 kv.m əllə, 16 500 kv.m mexaniki üsulla, 41 000 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.