"Coca-Cola" Rusiyaya dönür: Tramp mövqeyini bəlli etdikcə...
Bildiyiniz kimi, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra McDonald’s, Nike Inc., Adidas AG, Inditex S.A kimi bir çox Qərb şirkətləri (Zara, Pull&Bear, Massimo Dutti, Bershka), Rusiya Federasiyasındakı işlərini dayandırmaq və ya Rusiya bazarını tamamilə tərk etməklə bağlı qərar qəbul etmişdi. Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bir ay sonra isə - 2022-ci ilin martında qazlı içkilər istehsalçısı "Coca-Cola"-nın Rusiyadakı distribyutoru - "Coca-Cola Hellenic Bottle Company" (Coca-Cola HBC) ölkədə içkilərin istehsalını və satışını dayandırdığını elan etdi.
Adalet.az xəbər verir ki, ötən ilin aprel ayında "Rospatent"ə ticarət nişanının qeydiyyatı üçün üç ərizə verdiyini açıqlayan şirkət növbəti açıqlamasını Mash TV -yə verib.
Şirkətin Rusiyanı tərk etməzdən əvvəl olduğu kimi eyni istehsal güclərindən istifadə etmək niyyətində olduğu və artıq yerli rəqiblərlə əməkdaşlıq və paralel idxalla mübarizə strategiyasını hazırladığı fikrini bildirib:Şirkətin geri dönüşü gözləniləndən tez baş verə bilər".
Xatırladaq ki, Rusiyada məşhur “Coca-Cola” içkisinə əvəz elə həmin ayın sonunda tapıldı.Beləki, Uzaq Şərqdə fəaliyyət göstərən böyük müəssisələrdən biri klassik kola dadlı qazlı içkilər istehsal etməyə başladı.“Slavda” şirkətlər qrupu yeni məhsulun – “Cola Grink” içkisinin istehsalına və satışına başlandığını elan eetdikdən sonra şirkət qeyd etdi ki, içki təbii mineral su əsasında hazırlanır və klassik kola dadına malikdir. Yeni brend, rus kolası “Skit” zavodunda 0,5 litr və 1,4 litrlik qablaşdırmada istehsal edildi və buna baxmayaraq müharibənin 3 ili ərzində Rusiyada “Coca-Cola” təxminən 4 dəfə bahalaşıb..
P.S. Bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp Kiyevə təklif edib ki, nadir torpaq metalları yataqlarının yarısının işlənməsi üçün ABŞ-a daimi konsessiya versin. Trampın təklifində yalnız ABŞ-ın artıq təqdim etdiyi hərbi yardıma qarşılıq olaraq Ukraynanın resurslarını alacağı bildirilir və gələcəkdə belə dəstəyin- silah, sursat və digər hərbi ehtiyacların təminatının davam edəcəyinə dair heç bir öhdəlik yoxdur.
Yəni bu şərtli yardım ABŞda Rusiyaya qarşı olan sərtliyi azacıq da olsa yumşaldıb. Bu yaxınlarda həmçinin bildirildi ki, McDonald's Ağ Evdən icazə aldıqdan sonra Rusiyaya qayıtmaq niyyətindədir.
Görək Rusiya, eyni zamanda Ukrayna "Coca-Cola"-nın bu addımına hansı reaksiyaları verəcək
Əntiqə Rəşid
Digər Xəbərlər
11 Mart 2026 16:58
"Dünya iqtisadiyyatında qeyri-müəyyənlik o qədər artıb ki..." - İqtisadçı
11 Mart 2026 12:55
22 şəhər və rayonda İpoteka Fondunun xəttilə kredit verilməyib
11 Mart 2026 12:49
"Əsas hədəf süni intellekti dövlət idarəçiliyinin aparıcı alətlərindən birinə çevirməkdir" - Nazir müavini
11 Mart 2026 12:41
"Risklərin aradan qaldırılmasına dair 8 standart hazırlanıb" - Nazir müavini
11 Mart 2026 11:28
"Strateji hədəflərdən biri ölkəmizi regionda süni zəka üzrə mühüm mərkəzə çevirməkdir" - Nazir
11 Mart 2026 11:12
“İran hazırda öz neftini sata bilmədiyinə görə...” – Politoloq
11 Mart 2026 10:57
“Xalq Sığorta” şikayətlərə görə “lider” oldu - SİYAHI
11 Mart 2026 09:31


Bakı -°C

