adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Noyabr 2018 15:36
9753
DÜNYA

CNN TRAMPI MƏHKƏMƏYƏ VERİR

CNN telekanalı elanedib ki, ABŞ prezidenti Donald Trampı və onunadministrasiyasının bir neçə əməkdaşını telekanalın jurnalisti Cim Akostonun Ağ Evdəki akkreditəsini dayandırdığı üçün məhkəməyəmüraciət edəcək. Bununla bağlı onlar Vaşinqtonundairə məhkəməsinə iddia ilə müraciət ünvanlayıblar.

Telekanal hesab edirki, prezident Tramp və administrasiyanınbeş əməkdaşı onların ABŞ Konstitusiyasına edilmiş 1-ci və 5-ci düzəlişləri pozmaqla onların hüquqlarını tapdalayıblar.

Xatırladılır ki,məhz birinci düzəliş ABŞ-da mətbuatın azadlığına zəmanət verir. Trampdan başqa,prezidentin mətbuat katibi Sara Sanders, Ağ Ev Aparatının rəhbəri Con Kelli, müaviniBill Şayn, məxfi xidmətin direktoru CozefKlensi və jurnalist Akostonun akkreditasiyavəsiqəsini alan adı çəkilməyən əməkdaşıda cavabdeh qismində məhkəməyə verilib.