adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
11 Iyun 2023 00:57
612
İDMAN

ÇL: “Mançester Siti” çempion! – YENİLƏNİB 

Çempionlar Liqasında 2022/2023 mövsümünün qalibi bəlli olub. 

Adalet.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında keçirilən final oyununun qalibi birincilər olublar. 

“Şəhərlilər” qarşılaşmanın 68-ci dəqiqəsində Rodrinin vurduğu yeganə qolla 1:0 hesablı qələbə qazanıblar və tarixində ilk dəfə Çempionlar Liqasında qalib olublar. 

00:31

Türkiyənin İstanbul şəhərində İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında keçirilən Çempionlar Liqasının final oyununda hesab açılıb. 

Adalet.az xəbər verir ki, qarşılaşmanın 68-ci dəqiqəsində Rodri “Mançester Siti”ni hesabda önə çıxarıb. 

00:06

Türkiyənin İstanbul şəhərində İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında keçirilən Çempionlar Liqasının final oyununda ikinci hissə başlayıb. 

Adalet.az xəbər verir ki, matçın ilk yarısında qol olmayıb.

23:49

Türkiyənin İstanbul şəhərində İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında keçirilən Çempionlar Liqasının final oyununda ilk hissə başa çatıb. 

Adalet.az  xəbər verir ki, matçın ilk yarısında qol olmayıb. 

23:07

Adalet.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında keçirilən Çempionlar Liqasının final oyunu başlayıb. 

21:49

Türkiyənin İstanbul şəhərində İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında keçiriləcək Çempionlar Liqasının final oyunu üçün start heyətləri açıqlanıb.

Adalet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Mançester Siti”: 31. Ederson, 3. Ruben Diaş, 5. Con Stounz, 6. Natan Ake, 8. İlkay Gündoğan, 9. Erlinq Holann, 10. Cek Qriliş, 16. Rodri, 17. Kevin De Brüyne, 20. Bernardu Silva, 25. Manuel Akanci
Baş məşqçi: Xosep Qvardiola

“İnter”: 24. Andre Onana, 2. Denzel Dumfris, 9. Edin Ceko, 10. Lautaro Martines, 15. Françesko Açerbi, 20. Hakan Çalhanoğlu, 23. Nikola Barella, 32. Federiko Dimarko, 36. Matteo Darmian, 77. Marselo Brozoviç, 95. Alessandro Bastoni
Baş məşqçi: Simone İnzagi

Qeyd edək ki, Atatürk Olimpiya Stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.