ÇİP-lər reallığıa çevrilir
Nyu-Yorkda 48 yaşlı iflic xəstənin beyninə rəqəmsal cihazları telepatik yolla idarə etməyə imkan verəcək dörd santimetrlik çip yerləşdirilib.
Bu, amiotrofik sklerozdan əziyyət çəkən və iflic olan bir şəxsə daimi beyin-kompüter interfeysinin ilk implantasiyasıdır.
İmplant "Neuralink"in rəqibi olan "Synchron" tərəfindən hazırlanıb.
Ekspertlərin fikrincə, cihaz artıq İlon Maskın beyin implantlarını qabaqlayır.
İmplantın interfeysində beyin fəaliyyətinə nəzarət edən və insanın nəyisə düşündüyü zaman neyronların fəaliyyətini qeydə alan 16 elektrod var. Çip xəstənin sinəsinə implantasiya edilmiş başqa bir cihaza birləşdirilir. Yeni texnologiya sayəsində insan beyindən gələn siqnalları kompüter və ya smartfon kimi rəqəmsal cihazlara ötürə və beləliklə, onları idarə edə biləcək.
Eminquey
Digər Xəbərlər
18 Sentyabr 2026 15:22
Yeni pişik növü kəşf edilib
18 Sentyabr 2026 09:34
Siçan beyninə insan hüceyrələri yerləşdirdilər
18 Sentyabr 2026 09:17
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
17 Sentyabr 2026 17:05


Bakı -°C

