adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Noyabr 2019 09:44
45989
ŞOU-BİZNES

“CinemaPlus”da yenilik: Onlar da film izləyə biləcək

Adalet.az xəbər verir ki, ötən gün "CinemaPlus”kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Biznesin inkişafıdepartamentinin direktoru Zaur Darabzadə "Facebook” səhifəsində paylaşımı ilədiqqətləri öz üzərinə çəkib.

Zaur Darabzadə bildirib ki, xarici ölkələrdəolanda hər bir ictimai yerdə fiziki məhdudiyyətli insanları görürdüm:”Düşünürdüm ki, Azərbaycanda fiziki məhdudiyyətli insanlar az olduğu üçünictimai yerlərdə onları görmək nadir haldır. Bu məsələyə daha diqqətli fikirverdikdən sonra anladım ki, ölkəmizin bir çox ictimai yerində onlar üçün şəraityoxdur. Dünyanın bir çox yerində fiziki məhdudiyyətli insanlar üçün xüsusi şəraityaradılır!"

Departamentin direktoru həmçininvurğulayıb ki,"CinemaPlus” kinoteatlarlarında (Gənclik Mall, Azərbaycan,Amburan Mall, Gəncə Mall) fiziki məhdudiyyətli insanlar üçün zallarda xüsusiyerlər ayrılıb."CinemaPlus” kinoteatlar şəbəkəsi öz növbəsində, girişlərdə olanpilləkənlər düz dəhlizlə əvəz edib, kino zallarda xüsusi yerlər ayırıb. "CinemaPlus Azərbaycan”filialında isə xüsusi liftlər quraşdırılıb. Bundan əlavə, kinoteatrların növbətçiadministratorları hər zaman kömək göstərməyə hazırdırlar.


Əntiqə Rəşid