Cinayət və inzibati məsuliyyət yaradacaq yeni hallar müəyyənləşir

Dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə cinayət məsuliyyəti, Cinayət Məcəlləsinin 308.2.1-ci 308.2.3-cü maddələrində nəzərdə tutulan əməllər nəticəsində xeyli miqdarda (əlli min manatdan iki yüz əlli min manatadək) zərər vurulduqda yaranacaq.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu günkeçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh, bu pozuntu halları Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən dövlət satınalmaları haqqında inzibati qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb etmə müddəti 4 aydır və dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər.
Bu səbəbdən bu əməllər hüquq pozuntusu kimi inzibati xəta tərkibini yaratsa da məsuliyyətə cəlb etmə müddəti qısa olduğundan müvafiq tədbirlərin görülməsi bəzi hallarda qeyri-mümkün olur və həmin müddət pozuntu faktlarını özündə əks etdirən sübutların araşdırılıb, onlara hüquqi qiymət verilməsi üçün kifayət etmir. Qeyd edilənə əsasən qanun layihəsində dövlət satınalmalar haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyətə cəlb etmə müddətinin artırılması təklif edilir və layihəyə əsasən bu sahədə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.
Digər Xəbərlər

Vəkillərə xidməti vəsiqə veriləcək

MƏHKƏMƏ: 1988-1992-ci illərdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı sənədlər tədqiq edildi

Məhkəmədə Kərkicahana hücumlar və dinc sakinlərin öldürülməsi ilə bağlı sənədlər elan olunub

Baş prokurorun vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

Elnur Şükürov azadlığa çıxdı - FOTO

Əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxıldı

1990-cı ildə Azərbaycanın Ermənistandan atəşə tutulması ilə bağlı sənədlər elan edilib
