Cinayət törədən 33 nəfər saxlanılıb
2019-cu il sentyabr ayının 17-dən 18-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 24 cinayətin üstü "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.
Digər Xəbərlər
04 May 2024 20:37
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 13:58Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar - VİDEO
04 May 2024 10:28Beyləqanda dörd narkotacir ələ keçdi
03 May 2024 16:04Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48