Cinayət Məcəlləsinə yeni maddə daxil edildi
Prezident İlham Əliyev Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Sənədə əsasən, Cinayət Məcəlləsinə 308-1-ci maddə əlavə edilib.
Həmin maddə "Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə” adlanır.
Yeni əlavəyə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə, bu əməllər xeyli miqdarda törədildikdə səkkiz min manatdan on min manatadək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Eyni əməllər külli miqdarda törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu Məcəllənin 308-1.1-ci maddəsində "xeyli miqdar” dedikdə əlli min manatdan iki yüz əlli min manatadək olan məbləğ, 308-1.2-ci maddəsində "külli miqdar” dedikdə isə iki yüz əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.
Digər Xəbərlər
30 Aprel 2024 14:53
Məhkəmə Elnarə Qasımova barədə qərar verib
30 Aprel 2024 12:49Baş Prokurorluq: Azad edilmiş ərazilərdən 608 nəfərə aid insan qalığı müəyyən edilib
29 Aprel 2024 17:35Baş prokuror Türkiyə nümayəndə heyəti ilə görüşüb
29 Aprel 2024 15:56Seçkilərin Monitorinqi Mərkəzinin sədri saxlanıldı
27 Aprel 2024 12:57