adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Aprel 2018 15:21
10271
GÜNDƏM

CİN GÖRÜRƏM, ŞEYTAN GÖRÜRƏM QORXMURAM…

Müsəlmandövlətləri nə təyyarə qayıra bilirlər , nə raket, nə tank …

…yox, Türkiyə tank düzəldir, amma onun da mühərrikini nemeslərdən alır…

…nə atom bombası. Düzdür, Pakistanın deyilənəgörə, atom bombası var, onu da bizim Razi Nurullayev satın almaq istəyir. İnanmıram Pakistan atom bombasınıRazi Nurullayevə sata, çünki onda Hindistanın qabağında əliyalın qalar.

Tanrınında müsəlmanlara yazığı gəlib onlara bütün dünyayaçatacaq qədər yeraltı, yerüstü sərvət verib. Onlar da həmin sərvətləri satırlarxristian dövlətlərinə, sonra da həmin pullarla adam kimiyaşamaq əvəzinə xristian ölkələrindən raket, təyyarə, bomba, tank, oşalaalırlar…

…eləməsələn, Səudiyyə Ərəbistanı ABŞ-dan 300 milyard dollarlıq silah-sursat almaq üçün müqavilə imzaladı. Aldıqlarını da tez-tez tökürYəməndəki əmioğlanlarının təpəsinə...

…sonra da Əzrayıla dönüb bir-birlərini qırırlar.

HARDAMÜSƏLMAN GÖRÜRƏM, ÜRƏYİM AĞRIYIR…