adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Dekabr 2018 15:57
79308
MÜSAHİBƏ

“Çörəyini yediyin adam hər zaman haqlıdır” - MÜSAHİBƏ

Artıqxeyli vaxtdır ki, Niderlanddakı jurnalistlərdən biri ilə müsahibə hazırlamaqistəyirdim. Məqsədim Niderlanddakı jurnalistlərin iş fəaliyyətləri barədə Azərbaycanoxucularına az da olsa məlumat verməkdir.Bu müsahibə üçün illərdən bəri dostluq etdiyim bir jurnalisti seçdim.Öncə onunla bağlı qısa məlumatı siz dəyərli oxucularla bölüşüm:

Aanvan der Vouden (Aad van der Wouden) 55 yaşı var, Niderlandın Brabant əyalətində anadanolub. PZC (de Provinciale Zeeuwse Courant), Səs (Stem)qəzetlərində, Zeeland Televiziya və Radio şirkətində jurnalist kimi fəaliyyətgöstərib. 2007 – ci ildə "WereldRegio” qəzetini təsis edib və hazırda həmən qəzetin sahibi və başredaktorudur.

Məlumat üçün qeyd edim ki, Aadla,Niderlandda yaşamağa bağladığımın ilk illərindən tanışam. Bizi yerli Xristiyan Demokrat Partiyasından (CDA) olan bir ümumitanışımız tanış etmişdi. Sonradan butanışlıq dostluğa çevrildi. Hələ yerli dili çox zəif bildiyim vaxtlarda mənə qəzetiilə əməkdaşlıq etməyi təklif etdi. "Axı mən Niderland dilində çox pis yazıram”– deyəndə isə, "Sən yaz, mən redaktə edəcəm,biz dostuq” - demişdi Aad və beləcə dəaramızda ilk dəfə "dost” sözü keçdi. Sonradan isə münasibətlərimiz daha dasıxlaşdı. Ötən müddətdə onun qəzetinin səhifələrində Azərbaycnla bağlı onlarlayazı gedib, mənim müsahibələrimə yer verilib.Rəhbərlik etdiyim "Connect” təşkilatının 2016 – cı ildə keçirtdiyi tədbirdə Aad aparıcılığı öz üzərinəgötürdü, tamamilə təmənnasız.

Bir sözlə, dostumla, Aadla müsahibəni sizlərə təqdimedirəm.

Uzatmadan keçək söhbətimizə.

İlksualım qəzetinin pulsuz paylanması ilə bağlı olur:

-Aad, sahibi və baş redaktoru olduğun qəzet pulsuzpaylanır. Bu sualı vermək nə qədəretikadan kənar olsa da soruşacam, pulu necə qazanırsınız?

Reklamdan(Gülür).


-O zamandaha bir etikadan kənar sual. Nə qədər qazanırsan?

Belədeyim, həftədə ən azı 10 000 avro qazanmaqməcburiyyətindəyəm. Çünki qəzetin ofisinin kirə xərcini, altı əməkdaşımızın xərcinivə.s. ödəmək üçün bu pulu qazanmağım vacibdir. Çox qazananda sevinirəm, azqazanmağım isə mümkün deyil. Bilmirəm bu cavab səni qane etdimi, yoxsa yox,ancaq maliyyə durumu ilə bağlı bunu deyəbilərəm (gülür). Onu da qeyd edim ki,düşünürəm ki, bir neçə ildən sonra pulla satılan qəzet olmayacaq. İnsanların televiziyadan, radiodan xəbəralmaq imkanları artır, digıər tərəfdən də internet daha çox istifadə olunmağabaşlayır ki, burda da internet üzərindən oxunacaq qəzetləri və digərinformasiya mənbələrini əlavə etsək, insanların qəzetə pul verməməsi anlaşılanolacaq. Qəzetlər reklam hesabına özlərini saxlamağa məcbur olacaqlar. Əgər birqəzet oxunaqlı olarsa ora reklam verənlər mütləq olacaq. Ölkə üzrə çıxan qəzetlərdənfərqli olaraq regionlarda çıxan qəzetlərin reklam əldə etmək imkanları dahaçoxdur, deyə düşünürəm. Məsələn, biz qəzetdə ailə qurmaq elanları, təbrikləri,dünyasını dəyişənlər barədə məlumatlar, bələdiyyədə olmuş, olacaq yeniliklərbarədə və.s. məlumatlar veririk ki, insanlar regionumuzda baş verənlərdənxəbər tutmaq üçün qəzetimizi oxuyurlar. Bu da şirkətlərdə maraq yaradır ki, qəzetimizəreklam versinlər.

-Bilirsən ki, qəzetinin daimi oxucularındanam. Bəzən bələdiyyəni tənqid edirsən, ancaq bələdiyyəyenə də sənə pullu elanlar, reklamlar verir. Bu necə olur?

Demokratiya budur (gülür). Bax, Vüqar, əgər tənqid qərəzli, yəniböhtan deyilsə, faktlara əsaslanırsaNiderlandda kimsə sənə buna görə bir sözdeməz. Yazdıqların doğrudursa, edəcəyintənqid sənin tənqid etdiyinin xeyrinədir,səhvlərini görürlər. Bələdiyyə də bunu bilir. Bələdiyyə ərazasində yaşayanlar bələdiyyədənə baş verdiyini hər zaman bilə, anlaya bilməzlər. Biz bunun üçün vasitəçiyik.Bələdiyyə də, tənqid etdiyimiz digər qrumlar da bilirlər ki, onları ciddiyəalırıq deyə tənqid edirik. İncildə belə bir deyim var: "Övladlarını sevən lazımolanda onu cəzalandırmalıdır.” Bizim tənqidimiz də sevgimizdəndir (gülür).

-Bəzi ölkələrdə dövlət jurnalistlərə ev verir. Buna necə baxırsan və sənə də ev verilsə qəbuledərsən?

Yox, qəbul etmərəm (tezcavab verir və sona davam edir – V.A). Belə bir deyim var: "Çörəyini yediyin adam hər zaman haqlıdır.” Bu anlamda, əgər mənə ev verən dövlətmənim onu tənqid etməyimə dözümlü yanaşarsa, bəlkə onda olar. Yox, əgər mənə evverib sonar "mən sənə ev verdim, mən deyəni yazmalısan” deyəcəksə, mən o evi qəbuletmərəm.


(Bir qədər düşünərək) Əslində,hazırda bu məsələ çox aktualdır. Bilirsən ki, burda, Niderlandda da readksiyalar qənaət etmək məcburiyyətindədirlər.Bu məqsədlə də işçilərinin, jurnalistlərin sayını azaltmalı olurlar. Bu səbəbdəndə, məsələn, yerlərdə bələdiyyə iclaslarında əvvəlki vaxtlarla müqayisədə azjurnalist iştirak edir, yaxud da heç etmir.Leiden bələdiyyəsi (Niderlanddakı bələdiyyələrdən biri – V.A)Niderlandda ilk dəfə olaraq bir təcrübəaparmağa qərar verib. Bələdiyyə ərazisində fəaliyyət göstərən redaksiyalaramaliyyə yardımı edilməsinə qərar verilib.Mən bilmirəm Leiden bələdiyyəsindəki qəzetlərin jurnalistləri bu barədənə düşünrlər, ancaq NNP (Nederlandse Nieuwsblad Pers – Niderlanddakı qəzetjurnalistlərinin təşkilatı) bu təşəbbüsə yaxşı baxır. Əslində bələdiyyənin də məqsədi də pis deyil.Onların məqsədi jurnalistləri susdurmaq yox, əksinə, dəstək verməkdir.Niderlandda jurnalistlər tənqid etməkdən,hakimiyyət isə tənqid olunmaqdan qorxmur.

-Deyirsən yəni burda 100%demokratiyadır? Ancaq mən eşitmişdim ki, burdakı qəzetlərin də "öz rəngləri”var, yəni tərəf tutan qəzetlər var.

Yox, mən düşünmürəm ki, hardasa 100 % demokratiya var,həmçinin Niderland barədə o fikirdəyəm. Qəzetlərin "rənginə” gəlincə, ölkə üzrəolan qəzetlərdə bu mümkün ola bilər, bəlkə də belədir. Ancaq dəqiq bilirəm ki,jurnalistlər fikirlərini ifadə etməkdə sərbəstdirlər. İndi onların siyasi məsələlərəbaxışları nədir, nə düşünürlər, bu artıq başqa məsələdir. Ümumiyyətləyanaşdıqda isə, fakt faktdır, onu dəyişmək olmaz. Yox, əgər söhbət hər hansıbir şəxsin, həmçinin hansısa jurnalistin fikirindən gedirsə fikirlər həmişəsubyektiv olur. Heç bir fikrə obyektivfikir kimi baxmağın tərəfdarı deyiləm.Demokratiya ilə bağlı fikrinə dönərək demək istəyirəm ki, demokratik bircəmiyyət üçün burdakı insanlara hər cür şərait yaradılıb, ancaq bizim insanlarbəzən tənbəllik edirlər, tənbəldirlər..

-Tənbəl? Mən düşünmürəm ki, niderlandlılar tənbəldirlər.

Başqa məsələlərdətənbəl olmaya bilərlər, ancaq siyasi məsələlərdə tənbəldirlər. Məsələn, bələdiyyələrdə şərait yaradılıb ki,yerli insanlar gedib bələdiyyə şuralarının iclaslarında iştirak etsinlər. Ancaq camaat bu iclaslaraya getmir, ya da çox az gedirlər. Bir dəki, demokratiyanın olması üçün hakimiyyətlə xalqın bir-birinə inamı olmalıdırki, o da Niderlandda var.

-Demokratiyadan danışırıq, bir məsələni də soruşmaq istəyirəm və düşünürəmki, azərbaycanlı oxucular üçün maraqlı olacaq. Niderlandda islamofobiya varmı?

Bizim bələdiyyədə elə şey yoxdur. Bəlkə böyük şəhərlərdəola bilər. Məsələn, böyük şəhərlərdə elə məhəllələr var ki, orda gəlmələr çoxluq təşkil edir. Əlbətdə ki, müxtəlifyerlərdən gələrək həmən məhəllədə yaşayanların arasında bir niderlandlı olarsa,onda onabir qədər asan olmaya bilər.Ancaq ümumi yanaşanda Niderlandda islamofobiya olduğunu düşünmürəm.

-Düzünü deyim ki, səninlə həmfikirəm. Məntəsəvvür edə bilmirəm ki, Vilders (Xert Vilders -Geert Wilders, PVV (Partij voor de Vrijheid) AzadlıqPartiyasının sədri. Gəlmələrə, xüsusən türklərə və ümumiyyətlə müsəlmanlaraqarşı olan, kəskin fikirlər səsləndirməsi ilə tanınır) nə zamansa baş nazirolsun.

(Gülür)Ancaq onun partiyası Niderlandın ikinci böyük partiyasıdır. Bunabaxmayaraq düşünmürəm ki, o, nə vaxtsabaş nazir ola bilsin. Bunun üçün o,parlamentdəki deputatların səslərinin 75 +1 - ni almalıdır ki, bu da mümkündeyil. Digər partiyalar buna imkan verməzlər,onunla işləməzlər.

-Aad, jurnalist vəsiqəni hardasa şəxsi mənafeyinüçün işlədirsənmi? Məsələn, maşında kəməri bağlamayanda, yaxud da digər qanunpozuntusu edəndə.

Yox,heç vaxt buna cəhd etməmişəm. Düşünmürəm ki, kiməsə vəsiqəmi göstərsəm mənəayrıcalıq, üstünlük versin.

-Səncə buyaxşıdır ki, jurnalist vəsiqəni göstərməyinsənə heç bir imtiyaz vermir?

Əlbətdəki, yaxşıdır. Yoxsa hərə bir vəsiqə göstərib imtiyaz istəsə təsəvvür edirsən nəolar? Ancaq burda da şəxsi münasibətlərbəzən işə yaraya bilər. Məsələn, bir iş üçün hansısa idarəyə getsəm və həmən idarənin rəhbərliyi ilə münasibətimvarsa, bu, işə yaraya bilər. Fikir verin, "yarayar” demirəm, "yaraya bilər”deyirəm. Yəni o da dəqiq deyil.

-Azərbaycanlabağlı nə bilirsən? Niderland mətbuatından Azərbaycanla bağlı materialları oxumusan, oxuyursan?

Yox,yerli mətbuatda rastıma Azərbaycanla bağlı çox yazı çıxmayıb, çox oxumamışam.Azərbaycanı ilk dəfə sənin vasitənlə tanıdım. Bilirsən ki, bir neçə il öncə təşkilatının,"Connect”in keçirtdiyi tədbirinaparıcısı idim. Ordakı sual-cavaba görə, verdiyiniz təqdimatlardan, nümayişetdirdiyiniz filmlərdən Azərbaycanla bağlı daha çox məlumat aldım.

-Getməkistəyərən Azərbaycana?

Əlbətdəgetmək istəyərəm. Sənin Azərbaycanda olanda çoxlu şəkillər paylaşdığın, dilindəndüşməyən Azərbaycanı məmuniyyətlə görmək istəyərəm (gülür).

-Buyaxınlarda bizim təşkilata gəlməyinlə bağlı razılaşdıq və deyə bilərəm ki, sənartıq "Connect”in idarə heyətindəsən. Açığını desəm, bu, o qədər də tez-tezrast gəlinən bir hal deyil ki, bir niderlandlı, hələ də bir jurnalist Azərbaycanınburdakı təşkilatlarına qoşulsun. Nə üçünbu təşkilata gəldin?

Onagörə ki, səni tanıyıram. Ona görə ki, sənəinanıram, səndəki həvəsi görürəm. Azərbaycanlabağlı səndən çox şey öyrəndim, internetdən az-çox məlumat aldım. İnanıram ki,Azərbaycanla bir işlər görə biləcəyik. Buna inamım böyükdür. Mən sənin yüksək həvəsini görürəm. Bilirsənki, mənim burdakı iş adamları birliyi ilə yüksək səviyyədə əlaqələrim var.Bunun da işimizə yarayacağına inanıram. Azərbaycan həm də strateji baxımdan önəmliyerdə yerləşir. Hesab edirəm ki, xüsusən turizm və kənd təsərrüfatı sahəsindəuğur əldə edə bilərik. Düşünürəm ki, səninburda yaşamağında əslində niderlandlı iş adamları üçün bir qazanc ola bilər ki,sən o ölkəni yaxşı tanıyırsan. Sənin oranı yaxşı tanımağın, mənim burdakı əlaqələrimimkan verir ki, deyim ki, biz çox şeyənail ola bilərik. Əminliklə deyirəm ki, Azərbaycan tərəfdən də, deyək ki, işadamları, qeyri hökumət təşkilatları və.s. bu təşəbbüsə dəstək versələr, özləri də təşəbbüs göstərsələr,biz qarşılıqlı olaraq çox işlər görə bilərik.Burdakı və Azərbaycandakı işadamları ilə görüşlər təşkil etmək olar və.s. Azərbaycanın da, Niderlandın daimkanları imkan verir deyək ki, istək olsa iş də olacaq.

P.S.Fotoların müəllifi Ruud van der Natdır.

MüsahibəniVüqar Abbasov hazırladı.

Niderland.

[email protected]