adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Iyun 2019 17:24
43444
MƏDƏNİYYƏT

“Çölçü” də “Şanapipik əfsanəsi”ndən Azərbaycan kinosunda azərbaycançılığa qədər ...

Məlum bir həqiqət var ki, Azərbaycan kinosu yarandığı ilk günlərdənbaşlayaraq azərbaycançılığa, millidüşüncəyə, vahid ideologiyaya hər zaman xidmət edib və bu gün də xidmət edir.İlk andaca qeyd etmək lazımdır ki, hərhansı bir sənət növünün yaradılmasında məqsəd birmənalı olaraq maarifçiliyəxidmət etməklə bu ideologiyaya bağlıdır. Sözsüz ki, sənətin milli düşüncəyə,dövlət və dövlətçiliyə, cəmiyyətin inkişafına xidmət etməsi də məhz buideologiyadan bəhrələnməkdədir. Məhz elə bu baxımdan da qeyd etmək lazımdır ki,reallıqda da böyük tarixi yol keçən Azərbaycan kinosu cəmiyyətin inkişafındamüstəsna xidmətləri olmaqla yanaşı azərbaycançılığa, dövlətçiliyə töhfələr verməkləöz yolunu müəyyən edə bilib.

Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlamaqla,fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilən "Bibiheybətdə neft fontanıyanğını”, "Balaxanıda neft fontanı”, "Şəhər bağında xalq gəzintisi”, "Qafqaz rəqsi”kimi xronika süjetləri və "İlişdin” adlı bir bədii kinosüjetdən ibarət olmaqladiqqətimizi özünə cəlb edə bilib. Bundan sonra tarixi mənbələrə istinadən məlumolur ki, 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləriyəni ticarət evləri tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokatkontorları yaradılmaqla adıçəkilən cəmiyyət neft sənayeçilərinin pulu iləİbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində” romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlayıb. Hətta bu zamanPeterburqdan rejissor Boris Svetlov dəvət olunaraq təbiət mənzərələri Bakıda vəətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilib. Bundan sonra 1916-cıildə Bakıda Üzeyir Hacıbəylinin "Arşın mal alan” operettası əsasında ilk Azərbaycankinokomediyası da çəkilib. Həmçinin kinomuzun tarixinə qısa da olsa nəzərsalarkən məlum olur ki, 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü ərəfəsində"Təntənə” adlı tammetrajlı bir film də ekranlarda nümayiş etdirilib. 1920-ciillərdə isə sənətə, ədəbiyyata, mədəniyyətə fərqli tələblər irəli sürülməkləmilli kinomuz dövrün, hakim rejiminin təbliğat maşınına çevrilməklə bu siyasirejimin tam olaraq nəzarətinə düşüb. Ancaq, bununla belə, filmlərimizdə milliçalarlar, ştrixlər, hadisələr öz aktuallığını elə kino rejissorlarımızn ciddi səyinəticəsində qoruyub saxlaya bilib.


Məlumdur ki, 2008-ci il avqustun 4-də Azərbaycan RespublikasıPrezidentinin Sərəncamı ilə təsdiq olunan "Azərbaycan kinosunun 2008-2018-ciillər üzrə inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Məhz bu proqramın qəbulundansonra kino sənətimizdə əsaslı yeniliklər müşahidə olunmağa başlanılıb. Kinoda yeniinkişaf tendensiyası yaranıb. Bu həm filmlərin çəkilişində, nümayişində, eləcə dətexniki təchizatın gücləndirilməsində özünü daha aydın bir formada göstərəbilib. Qeyd etmək lazımdır ki, son bir neçə ilin statistik məlumatlarına nəzərsalsaq görərik ki, Azərbaycanda dövlət sifarişi ilə sənədli və tammetrajlı filmlərinçəkilməsi daha çoxluq təşkil edir. "Salnamə” sənədli filmlər studiyası tərəfindənçəkilişlərinə 2011-ci ildə başlanan və 2014-cü ildə təqdimatı olanssenari müəllifi İsmayıl Səfərəli və Samir Kərimoğlunun rejissorluğuilə vətənpərvərlik ruhunda cəkilən "Mən evə qayıdıram”, ssenari müəllifi Aqil Abbasov və Elxan Cəfərovunrejissorluğu ilə 2012-ci ildə ekranlaşdırılan Azərbaycanın döyüş yolu və Ermənistan-Azərbaycanmünaqişəsi zamanı baş verən gerçək hadisələrdən bəhs edən "Dolu”, ssenari müəllifixalq yazıçısı Anar və xalq artisti Ramiz Həsənoğlunun rejissorluğu ilə böyük ədib,mütəfəkkir Mirzə Fətəli Axundzadənin 200 illiyi münasibətilə onun həyat vəyaradıcılığından bəhs edən ikiseriyalı "Sübhün elçisi”, ssenari müəllifi vəquruluşçu rejissoru Mirbala Səlimli olan "Qırmızı bağ”, həmçinin "Qisasını alıböl”, "Qorxma, mən səninləyəm-2” filmləri müxtəlif mövzu və janrda istehsalolunan ekran əsərləri kimi diqqəti cəlb edir.


Həmçinin qeyd etmək lazımdır ki, 64-cü Beynəlxalq KannKinofestivalında ilk dəfə olaraq Azərbaycan pavilyonu yaradılıb. Londonda keçirilən"XV Rainbow” Beynəlxalq Film Festivalında Azərbaycan Respublikası MədəniyyətNazirliyinin sifarişi ilə "Azərbaycanfilm” Kinostudiyasında ssenari müəllifi VidadiHəsənov, quruluşçu operator Rafiq Quliyev, quruluşçu rəssamlar Rafiq Nəsirov,İbrahimxəlil Əminov, bəstəkarı Rauf Əliyevolan və kinorejissor Şamil Əliyev tərəfindənçəkilən "Çölçü” filmi "Ən yaxşı bədii film” nominasiyasında mükafatlandırılıb. 2013-cüilin mayında bu film Bakıda 23-cü "Humay” Milli Mükafatına layiq görülüb. "Çölçü”həmçinin "Xarici dildə ən yaxşı filmə görə” nominasiyasında 2014-cü ilin"Oskar” mükafatına təqdim olunub və ilkin siyahıda özünə yer ala bilib. "Çölçü”nünəldə etdiyi nailiyyətlər bununla bitmir. 2016-cı ildə Meksikanın paytaxtıMexiko şəhərində Azərbaycan Kinosu günləri çərçivəsində məhz "Çölçü” nümayişetdirilib.

Bu günədək Antonioni, Tarkovski, Qodar, Berqman kinomükafatlarının nominantı və qalibi kimi tanınan kinorejissor Şamil Əliyev tərəfindən çəkilən "Çölçü” filmibeş qitəni əhatə edən 50-dən artıq Beynəlxalq Kino Festivallarında iştirak edərək30-a yaxın mükafata layiq görülüb. Hələ bu da son deyil. "Çölçü”nün yeni mükafatlarçələngi yeni zirvələr fəth etməkdədir. Belə ki, təkcə 2019-cu ilin may və iyunaylarında Beynəlxalq kino ekspertlərindən ibarət Münsiflər heyəti "Çölçü” filmini beş Beynəlxalq Film festivallarınınvə mükafatlarının qalibi elan edib. Belə ki, Florence Film Awards 2019(İtaliya) may mövsümündə "Ən yaxşı bədii film” mükafatına, Oniros Film Awards2019 maymövsümündə "Ən yaxşı bədii film”mükafatına layiq görülməklə "Ən yaxşı rejissor kimi FİNALİST” statusuna, MahulWoods International Film Festival 2019 (Hindistan) may mövsümündə "Ən yaxşı bədiifilm və ən yaxşı operator” mükafatlarına, Near Nazareth Festival 2019 (İsrail)iyun mövsümündə "Ən yaxşı aktyor heyəti və rejissor işinə” görə, European ScreenAwards 2019 (İndoneziya) iyun mövsümündə "Ən yaxşı bədii film” nominasiyalarınalayiq görülməklə qızıl təbəqə ilə örtülmüş heykəl fiqur və sertifikatlarlamükafatlandırılıb.

"Çölçü”nün mövzusu əsas obrazı olan Ulunun özünə çölü yurd yeri seçməsivə cavan çölçünün məhəbbəti haqqında nağılvari bir "Şanapipik əfsanəsi”ndən doğan həyat hekayəsidir. Ulunun ölümündənsonra çölə qısa saçlı bir qız gəlir və Cavan çölçünün həyatına öz nağıldünyasını qatmaqla onun həyatını tamamilə dəyişir.

Qeyd etmək lazımdır ki, filmin ssenari müəllifi Vidadi HəsənovHollivudda yetərincə uğur qazanan Kler Deynsin rəhbərlik etdiyi qrupun məsləhətialtında bu ssenari üzərində uğurla çalışıb.

Kino tənqidçisi Sədaqət Kamalın fikrincə, filmdə tamaşaçı "Bir şərəfsiztərəfindən namusu tapdalanan qadın digər biri tərəfindən saf məhəbbətlə seviləbilərmi?” sualına cavab tapmaq problemi ilə baş-başa qoyulub. O, digər bir məqamdafilm haqqında öz fikirlərini belə yazır: "Mən "Çölçü”nün hisslərimə ilk təsirgücündən səmimi bir tamaşaçı diliylə danışmaq istəyirəm. Film bəşərin ilahihissi, yəni sevgi haqqında fəlsəfi poemadır. Bu şeriyyətin qəhrəmanları həmfolklor, həm klassik, həm də bu günümüzün miks olunan obrazlarıdır. Məhz onagörə də bu qəhrəmanların həm rasional, həm də irrasional qavranılmasımümkündür.”

Bu gün xüsusi olaraq qeyd etmək istərdim ki, qloballaşma ilə safduyğular arasındakı əksliklərin vəhdətini göstərmək məqsədilə "Çölçü” filmininöz poetikası və fəlsəfi dərinliyi mövcuddur. Bu dərinliyi filmə baxdıqca dahaçox duyur və hiss edirsən. Həm də hadisələrin fonunda rejissor quruluşuna və butraktofkadan irəli gələn operator səliqə-səhmanına valeh olmaya bilmirsən. Həttabu səliqə-səhman aktyor oyun tərzinə də sirayət etməklə hər bir detal öz dəqiqliyinivə uyğunluğunu göstərə bilir. Filmin daha baxımlı olması söz ifadə vasitələrindəndaha çox hərəkət və jestlərin dəqiqliklə göstərilməsi ilə bağlıdır. "Çölçü”nüseyr etdikcə daha çox hadisələr fonunda sanki özün də bilmədən hadisələr zəminindəbir iştirakçıya çevrilirsən və onların taleyini elə onlarla bir yaşayırsan.

Kino tənqidçisi Sədaqət Kamal isə yazır: "Filmin mövzusunun eşq-məhəbbətolduğunu iddia edə bilmərəm. Əgər yaradan hər şeyi sevərək yaratmışsa, deməli,məhəbbəti bütün çalarlarıyla araşdırmağa çalışsaq, onda onu filmin hər əşyasındagörə bilərik; qəhrəmanın düzəltdiyi daş fiqurlar, ibtidai insandan qalan məhəbbətyadigarlarıdır ki, hələ də ilham pərisinə dönə bilirlər. Filmin qəhrəmanıUlunun sandıqda saxladığı kilimarası xalq teatrı da insan ruhunun məhəbbətindənyaranıb; Ulu öz nakam eşqini onun köməyilə canlı edə bilir və nəsildən-nəsləötürür. Xalqımızın, namusu bədiiyyata çevirən "Şanapipik quşu haqda əfsanə”siisə mayası insan məhəbbəti olan təbiətin özüdür. Bu əfsanə "Çölçü”nün ana xəttidir.”

Bu fikirlərdə bir həqiqət var. Filmin ana xəttində olan "Çölçü” də"Şanapipik əfsanəsi”ndən Azərbaycan kinosunda azərbaycançılığa qədər olan birdövr böyük usatlıqla təqdim edilməklə insan ruhunun məhəbbətindən qidalandığınıvə bir varlıq olaraq məhəbbətin, sevginin ucalığından xəbər verir. "Çölçü” öz sevgisinin qürurunu və varlığınıntamlığını göstərməklə hələ uzun illər yolumuza işıq salacaq.

Anar Burcəliyev

Teatrşünas