adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Yanvar 2018 16:43
22698
ƏDƏBİYYAT

Çiyələk qoxulu qırmızı külək... - DEBÜT

Adalet.az gənc şair Ülvi Bahadırın şeirlərini təqdim edir.


QIRMIZI YUXU…

Başımız üstündə qırmızı bulud,
qırmızı-qırmızı baxır bizlərə…
çiyələk qoxulu qırmızı külək…
…sevgimi paylayır sevgisizlərə?…

Qırmızı yarpaqlar bəzəyir yeri…
…gedir sonsuzluğa bir qırmızı yol…
Qırmızı yanaqlı bir qız oxuyur
"Mən səndən küssəm də sən yanımda ol”…

Qırmızı bir qarğa neçə saatdır
üzümə durubdu qızıl qırmızı…
Qırmızı sahildə oğlan nə vaxtdır…
…qırmızı dodağa qalıb tamarzı…

Qırmızı Ay çıxır qaranlıqlardan…
səssizlik mahnısı zümzümə edir.
"Bir cavan oğlanın nəmli qisməti…
…bir qızın qızarmış qismətindədir.”…

Qulaq as…qulaq as qırmızı ruhum
Daha burda qalma sonsuzluğa uç…
-A bala qan yuyub aparır səni
-Alo
-Alo…103?…


TANRI BOYLUM...

Tanrı boylum,

mən indi...

...bir xərçəng xəstəsinin 

dalğalara yazdığı vəsiyyət kimiyəm bir az...

Bir az da...

...şeirləriniyandırıb pişiyinin ayağını isidən qərib bir şair kimi...

Heç bilirsən, dalğalarnecə gözəl xəttatdı?..

Heç bilirsən, o mənəpay verdiyin alabəzək pişiyim...

...necə gözəloxuyur bütün şeirlərimi?...

Tanrı boylum...

...orda da qəribdimiküləklər?...

Damlalar qayıdırmıanasının evinə səfeh çucuqlar kimi?..

Dünyanın ən dərinində...

Dünyanın ənhündüründə...olsan da faydası yox...

Səni yaxşıtanıyıram...

Sən bir az ərköyünsən...

Bir az daqırılğansan...

Üzülərsən...inciyərsən...küsərsəndemədimmi?...

Tanrı boylum...

...insanlaramansızdı.

Elə vaxtda vurarlarki,xəbərin belə olmaz

ən çox sevindiyinanda...

ən çox güldüyünanda...

Sən yenə də muğayatol əllərindən,saçından...

Ayağının ipiniyığ...

...gözlərininçöpünü...

Qoyma kimi faydalansınlar...

...ürəyində bəslədiyinsevgi ehtiyacından.

Tanrı boylum...

...Günəşə çoxaldanma...

Sonbaharda qalıngeyin əynini...

Kədərli mahnılarıçıxart at həyatından...

Şən mahnılara qulaqas...

Sevin,əylən rəqs elə...

Gedənləri vecəalma..qalanlarla mutlu ol...

Onu boş verəcəksən...

Bunu boş verəcəksən...

...alışacaqsan belə...

Əsas odu...qəmlənmə...

Əsasodu...ağlama...

...daima ümidli ol

Tanrı boylum...

Nəfəsini burax,get

Onsuz da ki,sevgi dəbir nəfəsdi.

Tanrı boylum...

Kədərini burax,get

Onsuz da ki sevgi dəbir kədərdi...

Tanrı boylum...

Gedəcəksən,tələsdi...

Lazım deyil...

...bir baxış,birtoxunuş

...bir ömürlükayrılıqdan betərdi...



UŞAQLIĞIMAELEGİYA

Bağışla məni...

...məni bağışla

Mən səni öldürərək özümü yaratmaq istədim sadəcə...

Mən...mən indi bilmirəm ki,hansı cəhənnəmdəyəm?...

Mən başqalarının həyatının sinopsisini yaza-yaza...

...öz tretmanımı bitirdim.

Hansı zibilliyə atmışam şeytan bilir...

Bağışla məni...

...məni bağışla

Mən ürəyimin qaynadıb suyunu içdim

İçdim ki,beynimin intihar kəndirinikəsməyə gücüm olsun...

Saçlarımla qorudum onu...

Hərçənd son vaxtlar onlar da...

...ozon qatı kimi deşilə-deşilə gedir.

Nəysə,boşver...

Bağışla məni...

...məni bağışla

Mən gözlərimə xəyanət elədim...

Mən nəfəsimi aldatdım...

Mən dodaqlarımın başını qatdım...

Mən əllərimi çarmıxa çəkdim...

Mən ayaqlarımı ibtidai icma quruluşuna qaytardım...

Yalvarıram,bağışla məni...

Səni qoruya-qoruya itirmək ağırdı.

Mən sənin üstündə yarpaq kimi əsdiyimi sanırdım.

Amma son vaxtlar lap ağını çıxartmışdım.

Əsməyi deyirəm

Əsə-əsə səni də əsdirdim həyatımdan

Bağışla məni...

...məni bağışla

Gecələrin qarasını yaxıram ağaran ruhuma...Babəksayağı

Qaranlığın zümzüməsi yırtır səhərin ağısını

Alnım qaraldıqca qaralır

Tanrım,eynək lazım deyil ki?...

Bağışla məni...

...məni bağışla

Bu şəhərdə bu şəhərdən də gözəl nə var?...

Ehh,o qədər şey var ki...mənim olmayan

Ey mənim olmayanlar!...

Yağış olmayacaqsınızsa bulud da olmayın...

Günəş olmayacaqsınızsa səma da olmayın...

Tanrı olun...görünün gözümə!...

Bağışla məni...

...məni bağışla

Mənim...

...cismi sazaqlı

...ruhu yamaqlı uşaqlığım

Məni uşaqlığıma bağışla...


BİR GÜN...

Gün keçdikcə...
... sevdiklərinə daha çox sarılmaq istəyir insan
Bərk-bərk...bərk-bərk
Ayaqlarına düşüb yalvarmaq istəyir;
-"Ölmədiyinizə çox sağ olun”...
Tez-tez ayaqqabılarına baxar-görüm həminkiyerindədilərmi?
Tez-tez paltarlarını qoxlayar-görüm əvvəlkiətrindədilərmi?
Bəzən ayaqlarından əvvəl ayaqqabıların ölər çünki
Bəzən ruhundan qabaq ətrin çatar Tanrıya...
Və ya..
...gün keçdikcə daha çox yorulmaq istəyir insan...
O qədər yorulmaq ki...
...yorulmaq əlindən bezib atsın özünü kimsəsizkörpülərdən...
O qədər yorulmaq ki...
...əllərin səndən xəbərsiz rədd olub getsin buşəhərdən...
Bir də...hərdən
...gün keçdikcə daha çox vurulmaq istəyir insan...
cavabsız zənglərə...
zəhərli balınclara...
bağlı qapılara...
qutsal yollara...
Bəzən də...
...dünyanın ən unudulmuş dağına çıxıb qışqırmaqistəyir insan....
Tanrım,sən hara...bura hara...


ÜMİD DAYANACAĞI...

Bu alov ömrümün Himalayında
ağzına su alıb oturub ümid.
Qonur gözlərimdən qurum tökülür
başımın tacında qudurub ümid.

Həyat-bələkdəki o qoca kaftar
zır-zır zırıldayır səhərdən bəri.
Laylaynan kirimir,dizdə uyumur
nəfəsi zəhərli...gözləri diri.

Səhərə az qalıb...boz dan yerinə
titrək əllərimlə Günəş çəkirəm.
Ay allah,görəsən,bu boş aynada
Günəşmi şəkildi...mənmi şəkiləm?..

Yalvarsam dönərmi getdiyi kimi?
Görən hansı yoldan...hansı zamandan?
Mən indi diz çöküm hansı tərəfə?...
Yönüm də yönsüzdü unudulandan.

Qulağım sükutun yetimçəsidi
kölə oğlu kölə,çıxmır sözündən.
Çoxdan acizləşib,əfəlləşibdi
gözlərim...tanrının düşüb gözündən.

Nəyi görməsəm də,hələ də,bircə
səmanı...səmanı yaxşı görürəm.
Sən allah,bir mənim ağlıma bax daa
çəməni çiçəklə dəyişdirirəm.

Onu çox danladım...sonra anladım
qanmayanı,vallah,qandırmaq olmaz.
Nə qədər tufeyli,nankor olsa da
ümidin qəlbini sındırmaq olmaz.

Min ildi...min ildi eləburdayam
bura inkar yerim,bura haqq yerim.
Bir gün əllərinlə öpüb gözümü
deyəcəksən...silim yoxsa süpürüm?!..


GECƏ DUASI

Küçəsində it ulayan
Bir yetim,əyyaş şəhərəm.
Gözlərimə sovurduğun
Külümü tapa bilmirəm.

Bəzən insan çəkinir
Alnıaçıq gəzməkdən.
Qorxur ki,oğurlayarlar
Alın yazısını da...

Olur ki,gələcəyin də
Keçmişinin tulasıdı.
Saçlarını tumarlayan
Bir kor pişik balasıdı.

Gündüz eyni,gecə eyni...
Otaq eyni,yataq eyni...
Eyni...eyni...
Qucaq eyni...
Bölük-bölük...
Xıncım-xıncım...
Sönük-sönük...
Bəzən çarəsiz xəstəlik olur
Təsadüfsüzlük...

Sonsuz durna qatarında
Gözündən vurulan durna
Uğursuz qəhrəman kimi
Düşdü tanrının toruna

Bəzən istəsəndə bilmərsən
O gülüş...
Ölümdü ya qalımdı.
Ona görə də gülmərsən.
Hardan biləsən ki,
Unutmaq üçün doğulmamaq lazımdı.


Yalqızlığın rəsmi...

Günah çıxardan leysansəhəri...
Bir qadın...
əlini yaş divara söykəyib cırıq ayaqqabısının suyunu boşladır buludlarınqucağına...
sonra davam eləyir unutmağına...unudulmağına
Bir oğlan uşağı...
baxça yoldaşlarının yanındautandı...corabındakı-qəlbindəki yamağa görə
sonra bir-iki göz yaşı Tanrıya da payverdi...vicdanını yumağa görə...
Bir qız uşağı...
qırılmış gəlinciklərindən yeni qadın modeli yaradırinsanlıq üçün...
Gözyaşısız...
əlvidasız...
unudulmayan bir qadın...vicdanlıq üçün...
Arada arzularındakı Günəşə də çiləyir 
dodağındakı gülüşdən
saçlarındakı ətirdən...
Bir kişi...
Bir kişisə ailəsinə baxır...cəhləmiş divarınüstündəki şəkildən...