adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Iyul 2020 15:32
114244
LAYİHƏ

Çırpınırdı Qara dəniz

XX əsrin əvvələrində milliisdiqlal ideyasının formalaşmasında AXC dövründə milli dövlətçilik şüurununmöhkəmlənməsində, milli və ictimai azadlığın itirildiyi sovet dönəmindəistiqlal ideyasının yaşaya bilməsində Əhməd Cavad irsi, müstəsna roloynamışdır.

5may 1892-ci ildə dünyaya gözaçan Əhməd Cavad, taleyinin ona ayırdığı ömür və fəaliyyət payının yaşandığı eləbir dövrdə yazıb yaratmışdır ki, bu zaman onun qismətinə bilavasitə millətinə,milli dövlətçiliyinə xidmət missiyası, xalqının xoşbəxtliyi uğrunda canını beləfəda etməkdən çəkinməmək xoşbəxtliyi düşmüşdür.

Ə.Cavad yaradıcılığının çoxşaxəliyi,ideya və problema-tika baxımından, milli vətəndaşlıq duyğularının inkişafı onunədəbi fikir tarixindəki yerini, mövqeyini özündə daha aydın şəkildə əksetdirir. Şairin ilkin yaradıcılıq dövrünün milli dövlətçilik ideyalarınıninkişafı və yaranması dövrünə düşməsi və sovet hakimiyyəti illərində yeni siyasi-tarixi şərtlər və sərait altında yazib-yaratması, elə həmin rejim tərəfindənrepressiyaya məruz qalması onun yaradıcılığına və şəxsiyyətinə ictimai marağıbir qədər də artırmışdır.

Bir çox Azərbaycan sənətkarlarıkimi, milli dövlətimizin qızğın tıbliğatçılarından biri olan Əhməd Cavadın sənətkarşəxsiyyətinin formalaşması prosesində müstəsna rol Azərbaycan DemokratikRespublikasınin yaranmasına aiddir.

45 il ömür sürmüş Əhməd Cavadınhəyatında və yaradıcılığında cəmi 23 ay mövcud olmuş bir siyasi-mənəvi qurumunnə kimi rolu ola bilərdı?

Mövcud olmuş bu 23 ay təkcə Ə.Cavadınhəyat və fəaliiətinə təsir göstərməmiş, ürəyi vətən sevgisi ilə dolu olan hərbir ziyalının ömür taleyində payı olmuşdur.

"Ümumiyyətlə, MəhəmmədHadi və Hüseyin Cavid, Hacı Kərim Sanılı və Əhməd Cavad, Abdulla Şaiq və ƏminAbid, Cəlil Məmmədquluzadə və Üzeyir Hacıbəyov, Süyid Hüseyin və CəfərCabbarlı, Abdulla Sur və Tağı Şahbazi Simurq, Yusif Vəzir Çəmənzəminli vəFiridun bəy Köçərli, Ümgülsüm və İ. Aşurbəyli bilavasitə Azərbaycan istiqlalına,milli dövlətə, bayrağa, gerbə, türklük idealına və ümumbəşəri islami dəyərlərəhəsr etdikləri ən yaxşı ədəbi-bədi, elmi-publisistik, fəlsəfi-tarixi əsərləribu illərdə yazmışlar."Əhməd Cavadın ömrünün 25 ili bir şair və şəxsiyyət,ictimai-siyasi xadım kimi Azərbaycan Demokratik Respublikası, daha dəqiq desək,müsavatçılıq ideologiyası ilə bağlı olmusdur.

Müstəqillik dövründə Gəncədə vəBakıda yaşayıb yaradan Əhməd Cavad pedaqoji fəaliyyətilə məşğul olmuş, poetik vəpublisistik yaradıcılığını davam etdirmişdir. Xüsusən, Milli Respublikanınbaşçısı Məhəmməd Əmin Rəsulzadə ilə tanışlığı və dostluğu onun ədəbi-mədəni vəictimai həyata yaxından bağlanmasına rəvac vermişdir. Bu dövrdə Əhməd Cavad MəhəmmədƏmin Rəsulzadənin təklifi ilə "Musavat" partiyasına və ilkrespublikamız olan Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinə üzv vəonun katibi seçilir.

Azərbaycan Cümhuriyyətinin rəsminümayəndəsi kimi 1918-ci ildə ona diplomatik pasport verilmiş, bu dövrdə,qızğın fəaliyyət göstərən "Yaşıl qələmlər" dərnəyinin Məhəmməd Əmin Rəsulzadə,Ömər Faiq Nemanzadə, Üzeyir Hacibəyli, Əbdürrəhimbəy Haqverdiyev, Nəcəfbəy Vəzirov,Salman Mümtaz, Hüsein Cavid, Abdulla Şaiq, Cəfər Cabbarlı kimi görkəmli üzvləriarasında Əhməd Cavadın öz yeri vardır. Əhməd Cavadın çöxcəhətli fəaliyyəti, gəncliyi,bir neçə dil bilməsi, istedadı, öz əqidəsindən, məsləkindən dönməz olması,dövrün nəbzini həssaslıqla tuta bilməsi və başqa keyfiyyətləri ona böyük şöhrətqazandırmışdır.

1916-cı ildə Əhməd Cavadın"Qoşma" adlı ilk şeirlər kitabı işıq üzü görəndə gənc şairin 22 yaşıvar idi. Düzdür, buna qədər o, çap olunmuş əsərlərinin sevincini duymuşdu,ancaq ilk kitabın doğurduğu sevinc və həyəcan bütün ömrü boyu onu müşayiət etməyəbilməzdi. Bu kitab doktor Xosrov bəy Sultanovun təşəbbüsü ilə "Cəmiyyəti-xeyriyyə"tərəfindən, çap edilmişdi. O zaman Türkiyədə olduğundan, bundan yalnız bir ilsonra xəbər tutan Əhməd Cavad Bakıya göndərdiyi təşəkkür məktubunda yazırdı:"Qoşma" adı altında şeirlərimin kitabça şəklində çap olunmasına mənəvivə maddi yardımları toxunan Bakı müsəlman cəmiyyəti-xeyriyyə nümayəndəsi doktorXosrov bəy Sultanova mübarək qəzetəniz ("Açıq söz" qəzeti - G.M.)vasitəsilə ürəkdən təşəkkürümü təqdim etməyinizi rica edirəm."

1919-cu ildə şairin istiqlaliyyətillərində yazdığı say-seçmə şeirlərdən ibarət "Dalğa" adlı toplusuçap olunur. "AXC dövrü poeziyasının ən bariz nümunəsi kimi tədqiqatçılarınüz tutduqları Əhməd Cavad Axundzadənin "Dalğa" kitabı idi"."Dalğa"ya "Bir-iki söz" adlı kiçik müqəddimədə Əhməd Cavadaşağıdakı sözləri yazırdı: "Bu kitabça say hesabıyla ikinci kitabçamdır."Qoşma"nın qazandığı hüsni-təvəccöh bunu da təb etdirdi. Içərisində ənyeni parçalar olduğu kibi, pək əskiləri də vardır. Düzülüşü tarix etibarilədeyildir. Verilən izahlar da yoldaşların bir qisminin israrı üzərinədir." Çox əlamətdardır ki, kitab "Azərbaycanbayrağı" şeiri ilə açılır. Şeir 1919-cu ilin 10 aprelində - Xalq Cümhuriyyətiqurulmasından az qala bir il sonra yazılmışdır. Lakin bu heç də o deməkdeyildir ki, buna qədər Əhməd Cavad milli respublika qurulmasına biganə qalmış,bu böyük tarixi hadisəyə şeirlər həsr etməmişdi. Sadəcə olaraq, "Azərbaycanbayrağı" şeiri - müqəddəs Quranın "Fatihə" surəsi kimi"Ümmül-kitab" - kitabın anası olmağa layiq görülmüşdü. Şeirə verilənizah da çox əlamətdardır və Əhməd Cavadı poeziyamızın milli istiqlal şairlərindənbiri kimi xarakterizə edir: "Ingilislərin Bakıya gəlişindən sonra birincidəfə Bakıya getdiyim vaxt, 10 aprel 1919-da Parlament binası üzərindədalğalanan Milli Bayrağa söylənmişdir."

Əhməd Cavada bir sərrastlıq vəlakonizmlə deyilmiş və ilk baxışda çox soyuqqanlı görünən bu bir cümlədə şairinqəlbini coşduran, sinəsinə sığmayan fərəh və qürur hisslərini duymamaq olmur.

"Dalğa" kitabının nəşrindəndərhal sonra müstəqil respublikanın mərkəzi mətbu orqanı olan "Azərbaycan"qəzetində böyük resenziya verilmiş və burada Əhməd Cavad yaradıcılığı özlayiqli qiymətini almışdı. "Ə.H." imzalı müəllif xüsusi haldayazırdı: "...dalğa rəngində olan bu əsəri bütün oxuculara tövsiyə edirəm.Orada təbiət kimi sadə bir bidaət və coşğun bir nəhr kimi mühəyyic bir ruhunintiba və təməlləri vardır." Əhməd Cavadın Xalq Cümhuriyyəti və bir qədərondan əvvəlki dövr həyatı və yaradıcılığı təkcə Azərbaycan istiqlalı uğrundadeyil, həm də Türkiyənin ağır geosiyasi vəziyyətə düşdüyü o illərdə qardaş ellərinistiqlal uğrunda mübarizə salnaməsi kimi səslənir. Hüseyin Baykara "Azərbaycanistiqlal mücadiləsi tarihi" adlı əsərində bu məsələyə xüsusi önəm verərəkyazır: "Bakı savaşı zəfərlə sonuclanır, Azərbaycan xalqı istiqlalaqovuşur. Milli müstəqil Azərbaycan dövləti qurulur. Bir kaç ay sürür bu sevincvə məsud günlər. Hərbin taleyi "qarayazılı" günlərini gətirir Türkiyəyə.Mondros mütarikəsiylə Türkiyə savaşdan çəkilir və silahı buraxır. Izmiryunanlılar, Istanbul da ingilislər tərəfindən işğal edilir. Əhməd Cavad budurumdan yaslara bürünən bütün Türkiyə və Azərbaycan xalqı ilə birlikdə dərdlənirvə Istanbulun işğalında şöylə yazır:

O sevdiyim mərmər sinəli yarın

Diyorlar qoynunda yabançı əlvar.

Baxıb üfüqlərə, uzaq yollara,

Ağlıyormuş mavi gözlüaxşamlar."

Yuxarıda təhlil etdiyimiz"Kuropatkinə" şeirində isə Əhməd Cavad kobud rus çəkməsi altında inləyənTürküstan ellərinin dərdinə şərik olur, imperializmin müstəbid və qaniçənsimasını lənətləyirdi.

Əhməd Cavadı istiqlal şairikimi formalaşdıran 1917-1920-ci illər şirin bir xəyal kimi tez gəlib keçdi. Vətəninbaşı üzərində qorxunc aprel küləkləri əsərək Şimalın soyuq "səmumu"ilə ilıq, səmimi ürəklərə qənim kəsildi. Əhməd Cavadın həyat və yaradıcılığının1920-ci ilin 28 aprelindən 1937-ci ilə qədərki dövrünü şairin həyatının"ikinci dönəmi" adlandıran Türkiyəli alim Sərvət Gürcan yazır: "ƏhmədCavadın həyatındakı və şeir yaradıcılığındakı ikinci dönəmin dönüm nöqtəsini 27nisan 1920 tarixində Azərbaycan Cümhuriyyəti torpaqlarının Qızıl Ordu tərəfindənişğalı, "Türk birliyi" fikrinin getdikcə gerçəkləşmə nöqtəsindənuzaqlaşması, "Kültür birliyinin" məhəlli şivələrə dayanılaraqoluşdurulan "yazı dilləri"ylə ayrı-ayrı əlifbalarla bir-birindən fərqliləşməyəzorlanması və çox sevdiyi qızı Almazın gənc yaşda ölümü olayları təşkil etməkdədir.1920-ci ildən ölümünə qədər olan zaman içərisində yazdığı hər şeirdə və tutduğuhər işdə bu böyük sarsıntının təsiri özünü yer-yer hiss etdirdi."

1925-ci ildə Əhməd Cavad yenə dəqələminin güdazına gedir, "Göy göl" şeirinə görə həbs edilir. Bu işdəşairin bədxahlarının, gözügötürməyənlərinin də çox böyük rolu olur. Ə.Saləddinhəmin əhvalatı belə təsvir edir: "1925-ci ildə "Göy göl" çapolunanda o dövrün vəzifəli şəxslərindən biri bu şeiri oxuyub deyib ki:"Kim deyə bilər ki, Azərbaycanın Puşkini yoxdur?!" Elə o vaxtlar Ə.Cavadınbədxah qələm yoldaşlarından üç nəfər həmin vəzifəli şəxsin yanına gəlib deyiblərki: "O, müsavat bayrağını tərifləyir, görmürsünüzmü, aydan, ulduzdandanışır?" Onda həmin şəxs düşünmədən demişdir: "Arestovatsvoloça!"

(ardı var)

Göyərçin Abidqızı

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.