Çində koronavirusdan sağalanların sayı artır
Çində ötən gün ərzində 1318 nəfər koronavirusdan sağalıb.
TASS bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadən məlumat verir.
Bildirilir ki, ölkədə gün ərzində 7nəfər isəkoronavirusdanölüb.
Ümumilikdə, Çində 80813 nəfər koronavirusa yoluxub, 64111 nəfər bu virusdan sağalıb. Ölü sayı isə 3176-dır.
Komitədən verilən məlumata görə, Hubey əyalətində son bir gündə virusa 5 yeni yoluxma hadisəsi qeydə alınıb.
Əyalətdə ümumi yoluxma sayı 66786-ya çatıb. Hubeydə ölənlərin sayı son bir gündə altı nəfər artaraq 3062 olub. Sağalanların sayının isə 1255 nəfər artaraq 51553-ə çatdığı bildirilir.
Digər Xəbərlər
06 May 2024 09:18
Moskva Zelenskini axtarışa verdi...?
06 May 2024 09:15Tramp: "Bayden administrasiyası gestapodur"
05 May 2024 15:02“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 09:55Türkiyədə Bizans dövründən qalmış kilsə ibadət üçün müsəlmanların ixtiyarına verildi
05 May 2024 09:54