adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Oktyabr 2014 15:37
5826
ƏDƏBİYYAT

Çin ictimaiyyəti Azərbaycan haqqında oxuyacaq

Dünyanın ən böyük üçüncü kitabxanası olan ÇinMilli Kitabxanasının kitab fondunda artıq Azərbaycan haqqında nəşrlər var. AzərbaycanınPekindəki səfirliyi Çin ictimaiyyətinin Azərbaycan haqqında məlumatlandırılmasıməqsədilə ölkəmizin tarixini, mədəniyyətini, müasir həyatını, iqtisadiinkişafını əks etdirən bir çox kitab, jurnal və diskləri, o cümlədən Çin dilindəçap olunmuş "Heydər Əliyev” kitabını, Ulu Öndərin 90 illiyi ilə əlaqədar səfirliyinkeçirdiyi silsilə tədbirlərə dair kitabı və "BAKU” jurnalının nüsxələrini ÇinMilli Kitabxanasına hədiyyə edib. Bundan başqa, qeyd olunan materialların ÇinMilli Kitabxanasının elektron bölməsinə yerləşdirilməsi üçün qarşı tərəfəelektron disk və yaddaş kartları da verilib.
Kitabların təqdimatı ilə əlaqədar keçirilən görüşdəÇin Milli Kitabxanasının Baş direktor müavini Vanq Donqbo kitabxana haqqında məlumatverib. Bildirib ki, 1909-cu ildə yaradılan kitabxana 280 min kvadratmetr sahəilə dünyanın üçüncü böyük kitabxanasıdır. Fonddakı kitabların sayı 32 milyondançoxdur.
V.Donqbo bildirib ki, Çin Milli Kitabxanası Azərbaycanınmüvafiq kitabxanası ilə əməkdaşlığa xüsusi önəm verir və işgüzar əlaqələrinqurulmasında maraqlıdır.
Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov ölkələrimizarasında humanitar istiqamətlərdə, o cümlədən kitabxana işi sahəsində əməkdaşlığıngenişləndirilməsi üçün böyük potensial olduğunu qeyd edib. Diplomat bu məqsədləqarşılıqlı səfərlərin təşkili, kitabxana materiallarının mübadiləsi və digərformalarda əməkdaşlığın həyata keçirilməsini təklif edib.
L.Qəndilov qarşılıqlı tədqiqat işlərinin fayda verəcəyinəəminliyini bildirərək, bunun üçün hüquqi bazanın yaradılmasının zəruriliyinivurğulayıb. Bundan başqa, səfir Çin Milli Kitabxanasında ölkəmiz haqqındamaterialların olub-olmaması ilə də maraqlanıb.
Qarşı tərəf kitabxanada Azərbaycan haqqında hərhansı vəsaitin mövcudluğuna dair dəqiq məlumatın olmadığını, məsələninaraşdırılacağını bildirib. (Azərtac)