Çimərliyə gedənlərə xəbərdarlıq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün çimərliiyə getmək istəyənlərə xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a verilən məlumata görə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) arabir güclənən şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək. Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar olaraq çimərliklərə üz tutanlar ehtiyatlı olmalıdır.
Digər Xəbərlər
02 May 2024 17:40