adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Sentyabr 2016 15:13
8427
ƏDƏBİYYAT

Çexovun vurulduğu qadın

1898-ci ilinsentyabrında "Qağayı” və "Çar Fyodor İvanoviç”in tamaşasında Anton Çexovu ənçox cəlb edən İrina rolunu ifa edən aktrisaydı. Yazıçı bütün diqqətini həminaktrisaya yönəltmişdi.

İlk qarşılaşma

İrinanı oynayan aktrisanın böyük birsənətkar olduğunu dostuna bildirən Çexov məktubunda belə yazırdı: "Mənə görə,İrina möhtəşəmdi. Səsi, mülayimliyi digərlərindən əsaslı dərəcədə fərqlənirdi.Əgər Moskvada qalsaydım yəqin İrinanı sevərdim”.

Çexov sevir...

İrina rolunu aktrisa Olqa LeonardovnaKnipper ifa edirdi. Bu qadın hələ təzə-təzə aktirsalığa meyl etmişdi.

Çexov sözsüz qadına vurulmuşdu. O, özsevgisini məktubla ifadə etmişdi. Həmişə başqa qadınlara deməyə əsirgədiyisözləri ağ kazğıza yazmışdı.

Qadının cavabı gecikmir: "Sizdən məktubalanda çox təəccübləndim, hətta sevincimdən qəhqəhə çəkdim. Mən düşünürdüm ki,yazıçı Çexov aktrisa Knipperi çoxdan unudub. Deməli, siz də məni yada saldınız.Çox sağ olun!”

Çexov təzədən içindəkiləri kağızaboşaldır: "Bəli, siz haqlısınız, yazıçı Çexov aktrisa Knipperi unutmayıb.Yəqin, sizinlə Yaltaya getmək çox gözəl olardı.”

Çexovun Knipperlə Yaltada görüşməyi çoxasan başa gələ bilərdi. Çünki münasibətdə olduğu Liki adlı qadın vəbaxəstəliyinə tutulmuşdu. Bu dəfə yazıçının Knipperlə görüşünə mane olacaq heç nəyox idi. Onlar Yaltanı gəzdikdən sonra birlikdə Moskvaya qayıtdılar...

Həsrət

Daha sonra bu görüş məktublarda özəksini tapacaqdı. Qadın yazırdı: "Mən sizi daim xatırlayıram”. Çexov da eyniyləqadını, keçirdikləri xoş günü yada saldığını məktublarında qeyd edirdi.

Daha sonra Çexov Yaltaya qayıdır.Sevdiyi qadın Moskvada, qarlı bir şəhərdə qalmalı olur. Çexov qadın üçündarıxdığını məktublarında bildirir: "İndi Yaltada soyuqdu. Bu mənə Moskvanıxatırladır. Kaş indi Moskvada olardım, mənim əziz aktrisam!”

Anlaşılmaz sevgi

Mayda Çexov Moskvaya gəlir. İyul ayındaisə Knipper yazıçıyla yenidən Yaltaya yollanır. Çexov burda anası və bacısıylabirgə qalırdı. Yazıçıyla aktrisanın sonrakı məktublaşmalarından aydın olur ki,onların münasibətləri dəyişir, başqalaşır. Bu olanlar isə Çexovun yaxınlarınaaydın deyildi. Onlar birlikdə yaşanmayan bu münasibətə ad qoya bilmirdilər.Çünki artıq Knipper Sevastopola getmişdi. Çexov isə Yaltada tək başına onaməktublar yazmaqla məşğul idi.

Məktublaşma

Məktublarda daha çox ən gözəl yerlərdəyaşamaq xəyalı qurulur, pyeslər haqqında, oynanılan tamaşalar barəsində fikirmübadiləsi yürüdülür, eləcə də bir-birini dəlicəsinə sevən iki aşiqinetirafları yer alırdı.

Məsələn Çexov yazırdı: "Keçən dəfə Alekseevyanıma gəldi. Onunla pyes haqqında danışdıq. Dedim ki, sentyabra qədərbitirsin. Görürsən də, mən necə ağıllıyam” və yaxud: "Yaltada oturmuşam,darıxıram. Mənə elə gəlir indi sən qapını döyəcək, sonra açıb içəri girəcəksən.Ancaq bilirəm ki, sən bu saat gələ bilməzsən, çünki repetisiyadasan,öyrənirsən. Məndən və Yaltadan uzaqdasan”.

Olqa isə hisslərini bu cür ifadə edirdi:"İndi ürəyim sözlə dolub. Əlbəttə, ağlayıram. Axı mən qısa bir zaman kəsimindəsizin evdə yaşadım. Mən indi bunu təsəvvür edə bilmərəm. Ancaq yalnız bu haqdadüşünürəm. Yalnız sənin haqqında düşündüm. Dedim, bax indi, bu saat şəhərəgəlib, bu saat arabadan düşəcək...” ya da: "Yazıram və pəncərədən soyuq havayabaxıram. Düşünürəm ki, gələn yayı şimalda keçirək. Nə deyirsən? Ancaq hələ heçnə mümkün deyil. Bizə sadəcə arzulamaq qalır...”

Qadın daim keçmişi xatırlayır vəgələcəyinin Çexovda olacağını düşünür: "Məni pilləkəndən ötürdüyün yadındadır?Onda tutacaq necə xaincəsinə cırıldamışdı... Mən bunu dəhşətli dərəcədəsevirəm. İndi isə uzun zaman sənə yazmadım, oturdum şəklinə tamaşa elədim vəyalnız sənin haqqında və gələcəyimiz haqqında düşündüm. Bəs sən düşünürsənmi?Biz səninlə çox az danışmışıq. Sənə elə gəlmirmi, bizim münasibətimizanlaşılmazıdır? Ah mənim gələcəyimin insanı!”

"Məni mərhmətsizliklə suçlayırsan. Sənisevən mən necə bunu edə bilərəm? Mənim qəlbim həmişə mərhəmətlə və səninsevginlə çırpınıb. Sən bunun üçün izah gözləyir, ciddi-ciddi söhbətlə, üzcizgiləri ilə bunu tələb edirsən. Ancaq mən sənə demək lazım olduğunu bilmirəmvə sənə min dəfə demişəm ki, səni sevirəm, başqa heç nə... İndi bizim bir yerdəolmağımızın günahı sən yox, şeytandı, məni özünə şəkən şeytan, səni isə özünəçəkən incəsənətdir.” – Çexov Knipperin məktubuna belə cavab vermişdi.

Münasibətin gərginləşməsi

"Sən artıq bilirsən, biz bir yerdə tanışinsanlar kimi yaşaya bilmərik. Mən gəlmişdim sənin yanına. Artıq bugizlənmələrdən bezmişəm. İnan mənə, bu mənə çox ağırdır. Hələ sənin ananınüzündəki iztirabı görmək daha dəhşətlidir. Mən axı iki od arasında qalmışam.Denən mənə, de ki, bir yerdə xoşbəxtcəsinə yaşayacağıq...” – Knipper dayanmadanöz əzablı sevgisini qələmə alırdı.

Bu məktub onların birgə yaşamağınınqərarı deyildi. Knipper bunu istəyirdi, ancaq tale buna imkan vermirdi. Lakinbu yazılanlar Çexova təsir eləmişdi. Yazıçı məhz bu istəklə, Knipperlə nikahqurmaq üçün Moskvaya gəlib oradan Volqaya getməyi düşünürdü... Onlar kilsənikahıyla sevgilərini əbədiləşdirmişdilər.

Uzaq evlilik...

"Bütün günü özümü pis hiss elədim. Mənəelə gəldi, bu bağırsaq pozğunluğudur. Ancaq sonra anladım ki, hamiləyəm.”

Knipper bu qədər acı taleyə, ayrılıq,hicran dolu sevgiyə görə gileylənmir, əksinə Çexovun sevgisiylə həyatı bütünçılpaqlığıyla görürdü. Artıq o, Çexovdan bir parça daşıyırdı...

"Canım! Sən niyə mənim yanımda, Yaltadadeyil, Moskvadasan? Əgər sən Yaltada bütün qışı mənimlə bir yerdə olsan o zamansənə asan olar, yüngül olar. Mən bir aktrisayla evlənəndə düşünmüşdüm ki, bizbir yerdə Moskvada qalacağıq. Ancaq sən elə bilmə ki, mən yanımda olmadığınüçün inciyirəm. Əksinə, hər şeyin yaxşılığa doğru getdiyini anlayıram...” –Çexov sevdiyi qadınının yaşadığını məktub vasitəsi ilə öyrənirdi.

"Mən düşüncəsiz, heç bir səbəbsizsəninlə əlaqə qurdum. Əgər səhnədəyəmsə gərək ki, heç kimə mane olmayam”. – Knipperincavabı gecikmirdi...

"Özünü günahkar sayma. Mənimlə birgəqışı keçirmədiyin üçün günhakar deyilsən. Əksinə, biz çox mehriban ər-arvadıq.Bir-birimizin işinə mane olmadığımız üçün yaxşı cütlük sayılarıq. Sən teatrısevmirsənmi? Əgər sevməsəydin, başqa məsələ” – Çexov hər şeydən razı olduğunuKnipperin nəzərinə çatdırır.

Knipperisə öz növbəsində teatrdakı çıxışlarından, tamaşaçıların rəylərindən ağızdolusu bəhs edirdi. Son pyesin isə izləyicilər tərəfindən yaxşıqarşılanmadığını deyən qadın bunu baş vermiş bədbəxt bir hadisə kimi yazıçıyanəql edirdi.

Çexovun"Albalı bağı” səhnələşdilərkən yazıçı arvadına belə yazmışdı: "Bircə bunu deməklazımdı: mənim pyesimi Stanislavski məhv elədi”. Teatr yenidən uğursuzluğadüçar olmuşdu.

Çexovpyesinin səhnləşdirmədə uğurlu alınmadığından sonra Knipperə belə bir məktubgöndərir: "Yaltadan gedirəm. Heç də təəccüblənmə. Burda çox darıxdırıcıdır. Yazgəlmir bura və sağlam ruhum yoxdur...”

İstihavadan xoşu gəlməyən yazıçı 1904-cü ilin bürkülü iyul ayında vəfat etdi. Onunölümündən sonra dünya bir az balacalaşdı. Və Çexov həyat haqqında özdüşüncəsini belə yekunlaşdırdı: həyat həyatdı, qalanı anlaşılmazdı...