adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 Mart 2020 15:40
55859
ƏDƏBİYYAT

Çexovun məktublaşdığı qadın

1898-ci ilinsentyabrında "Qağayı” və "Çar Fyodor İvanoviç”in tamaşasında Anton Çexovu ənçox cəlb edən İrina rolunu ifa edən aktrisa idi. Yazıçının bütün diqqəti həmin aktrisaya cəmlənmişdi. 


İlk qarşılaşma

İrina obrazını oynayan aktrisanın böyük sənətkar olduğunudostuna bildirən Çexov məktubunda yazırdı ki, "Mənə görə, İrina möhtəşəmdi.Səsi, mülayimliyi digərlərindən fərqlənirdi. Əgər Moskvada qalsaydım yəqin ki,İrinanı sevərdim”.

Çexov sevir...

İrina rolunu aktrisa Olqa Leonardovna Knipper ifaedirdi. Bu qadın hələ təzə-təzə aktirsalığa meyl etmişdi. Çexov sözsüz qadınavurulmuşdu. O, öz sevgisini məktubla ifadə etmişdi. Həmişə başqa qadınlara deməyəəsirgədiyi sözləri ağ kağıza yazmışdı. 


Qadının cavabı gecikmir: "Sizdən məktub alanda çox təəccübləndim, həttasevincimdən qəhqəhə çəkdim. Mən düşünürdüm ki, yazıçı Çexov aktrisa Knipperiçoxdan unudub. Deməli, siz də məni yada saldınız. Çox sağ olun!” 

Çexov təzədən içindəkiləri kağıza boşaldır: "Bəli, siz haqlısınız, yazıçı Çexovaktrisa Knipperi unutmayıb. Yəqin, sizinlə Yaltaya getmək çox gözəl olardı.”
Çexovun Knipperlə Yaltada görüşməyi çox asan başa gələ bilərdi. Çünkimünasibətdə olduğu Liki adlı qadın vəba xəstəliyinə tutulmuşdu. Bu dəfəyazıçının Knipperlə görüşünə mane olacaq heç nə yox idi. Onlar Yaltanıgəzdikdən sonra birlikdə Moskvaya qayıtdılar… 

Həsrət


Daha sonra bu görüş məktublarda öz əksini tapacaqdı. Qadın yazırdı: "Mən sizidaim xatırlayıram”. Çexov da eyniylə qadını, keçirdikləri xoş günü yadasaldığını məktublarında qeyd edirdi. Daha sonra Çexov Yaltaya qayıdır. Sevdiyiqadın Moskvada, qarlı bir şəhərdə qalmalı olur. Çexov qadın üçün darıxdığınıməktublarında bildirir: "İndi Yaltada soyuqdu. Bu mənə Moskvanı xatırladır. Kaşindi Moskvada olardım, mənim əziz aktrisam!” 

Anlaşılmaz sevgi

Mayda Çexov Moskvaya gəlir. İyul ayında isə Knipperyazıçıyla yenidən Yaltaya yollanır. Çexov burda anası və bacısıyla birgəqalırdı. Yazıçıyla aktrisanın sonrakı məktublaşmalarından aydın olur ki,onların münasibətləri dəyişir, başqalaşır. Bu olanlar isə Çexovun yaxınlarınaaydın deyildi. Onlar birlikdə yaşanmayan bu münasibətə ad qoya bilmirdilər.Çünki artıq Knipper Sevastopola getmişdi. Çexov isə Yaltada tək başına onaməktublar yazmaqla məşğul idi. 

Məktublaşma


Məktublarda daha çox ən gözəl yerlərdə yaşamaq xəyalı qurulur, pyeslərhaqqında, oynanılan tamaşalar barəsində fikir mübadiləsi yürüdülür, eləcə dəbir-birini dəlicəsinə sevən iki aşiqin etirafları yer alırdı. Məsələn Çexovyazırdı: "Keçən dəfə Alekseev yanıma gəldi. Onunla pyes haqqında danışdıq.Dedim ki, sentyabra qədər bitirsin. Görürsən də, mən necə ağıllıyam” və yaxud:"Yaltada oturmuşam, darıxıram. Mənə elə gəlir indi sən qapını döyəcək, sonraaçıb içəri girəcəksən. Ancaq bilirəm ki, sən bu saat gələ bilməzsən, çünki repetisiyadasan,öyrənirsən. Məndən və Yaltadan uzaqdasan”.

Olqa isə hisslərini bu cür ifadə edirdi: "İndi ürəyim sözlə dolub. Əlbəttə,ağlayıram. Axı mən qısa bir zaman kəsimində sizin evdə yaşadım. Mən indi bunutəsəvvür edə bilmərəm. Ancaq yalnız bu haqda düşünürəm. Yalnız sənin haqqındadüşündüm. Dedim, bax indi, bu saat şəhərə gəlib, bu saat arabadan düşəcək...”ya da: "Yazıram və pəncərədən soyuq havaya baxıram. Düşünürəm ki, gələn yayışimalda keçirək. Nə deyirsən? Ancaq hələ heç nə mümkün deyil. Bizə sadəcəarzulamaq qalır...” Qadın daim keçmişi xatırlayır və gələcəyinin Çexovdaolacağını düşünür: "Məni pilləkəndən ötürdüyün yadındadır? Onda tutacaq necəxaincəsinə cırıldamışdı… Mən bunu dəhşətli dərəcədə sevirəm. İndi isə uzunzaman sənə yazmadım, oturdum şəklinə tamaşa elədim və yalnız sənin haqqında vəgələcəyimiz haqqında düşündüm. Bəs sən düşünürsənmi? Biz səninlə çox azdanışmışıq. Sənə elə gəlmirmi, bizim münasibətimiz anlaşılmazıdır? Ah mənimgələcəyimin insanı!”

"Məni mərhəmətsizliklə günahlandırırsan. Səni sevən mən bunu necə edə bilərəm?Mənim qəlbim həmişə mərhəmətlə və sənin sevginlə çırpınıb. Sən bunun üçün izahgözləyir, ciddi-ciddi söhbətlə, üz cizgiləri ilə bunu tələb edirsən. Ancaq mənsənə demək lazım olduğunu bilmirəm və sənə min dəfə demişəm ki, səni sevirəm,başqa heç nə… İndi bizim bir yerdə olmağımızın günahı sən yox, şeytandı, məniözünə çəkən şeytan, səni isə özünə çəkən incəsənətdir.” – Çexov Knipperinməktubuna belə cavab vermişdi. 

Münasibətingərginləşməsi


"Sən artıq bilirsən, biz bir yerdə tanış insanlar kimi yaşaya bilmərik. Məngəlmişdim sənin yanına. Artıq bu gizlənmələrdən bezmişəm. İnan mənə, bu mənəçox ağırdır. Hələ sənin ananın üzündəki iztirabı görmək daha dəhşətlidir. Mənaxı iki od arasında qalmışam. Denən mənə, de ki, bir yerdə xoşbəxtcəsinəyaşayacağıq...” – Knipper dayanmadan öz əzablı sevgisini qələmə alırdı. Buməktub onların birgə yaşamağının qərarı deyildi. Knipper bunu istəyirdi, ancaqtale buna imkan vermirdi. Lakin bu yazılanlar Çexova təsir eləmişdi. Yazıçı məhzbu istəklə, Knipperlə nikah qurmaq üçün Moskvaya gəlib oradan Volqaya getməyidüşünürdü… Onlar kilsə nikahıyla sevgilərini əbədiləşdirmişdilər. 

Uzaq evlilik...


"Bütün günü özümü pis hiss elədim. Mənə elə gəldi, bu bağırsaq pozğunluğudur.Ancaq sonra anladım ki, hamiləyəm.” Knipper bu qədər acı taleyə, ayrılıq,hicran dolu sevgiyə görə gileylənmir, əksinə Çexovun sevgisiylə həyatı bütünçılpaqlığıyla görürdü. Artıq o, Çexovdan bir parça daşıyırdı… 

"Canım! Sən niyə mənim yanımda, Yaltada deyil, Moskvadasan? Əgər sən Yaltadabütün qışı mənimlə bir yerdə olsan o zaman sənə asan olar, yüngül olar. Mən biraktrisayla evlənəndə düşünmüşdüm ki, biz bir yerdə Moskvada qalacağıq. Ancaqsən elə bilmə ki, mən yanımda olmadığın üçün inciyirəm. Əksinə, hər şeyin yaxşılığadoğru getdiyini anlayıram...” – Çexov sevdiyi qadınının yaşadığını məktubvasitəsi ilə öyrənirdi. 

"Mən düşüncəsiz, heç bir səbəbsiz səninlə əlaqə qurdum. Əgər səhnədəyəmsə gərəkki, heç kimə mane olmayam”. – Knipperin cavabı gecikmirdi… "Özünü günahkarsayma. Mənimlə birgə qışı keçirmədiyin üçün günhakar deyilsən. Əksinə, biz çoxmehriban ər-arvadıq. Bir-birimizin işinə mane olmadığımız üçün yaxşı cütlüksayılarıq. Sən teatrı sevmirsənmi? Əgər sevməsəydin, başqa məsələ” – Çexov hərşeydən razı olduğunu Knipperin nəzərinə çatdırır.

Knipper isə öz növbəsində teatrdakı çıxışlarından, tamaşaçıların rəylərindənağız dolusu bəhs edirdi. Son pyesin isə izləyicilər tərəfindən yaxşıqarşılanmadığını deyən qadın bunu baş vermiş bədbəxt bir hadisə kimi yazıçıyanəql edirdi. 

Çexovun "Albalı bağı” səhnələşdilərkən yazıçı arvadına belə yazmışdı: "Bircəbunu demək lazımdı: mənim pyesimi Stanislavski məhv elədi”. Teatr yenidənuğursuzluğa düçar olmuşdu. Çexov pyesinin səhnləşdirmədə uğurlu alınmadığındansonra Knipperə belə bir məktub göndərir: "Yaltadan gedirəm. Heç dətəəccüblənmə. Burda çox darıxdırıcıdır. Yaz gəlmir bura və sağlam ruhumyoxdur...” İsti havadan xoşu gəlməyən yazıçı 1904-cü ilin bürkülü iyul ayındavəfat etdi. Onun ölümündən sonra dünya bir az balacalaşdı. Və Çexov həyathaqqında öz düşüncəsini belə yekunlaşdırdı: həyat həyatdı, qalanı anlaşılmazdı…