adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Fevral 2019 14:44
6984
GÜNDƏM

ÇEXİYADA ŞƏRİƏT QANUNU İLƏ CƏZALANDIRIRLAR

ÇexiyadaYablonets adında bir şəhər var, bizim dilləAlmalıq. Təxminən 50 min əhalisi var və3 gündəlik də qəzeti. Şəhər meşənin içindəsalınıb. Özü də dünyada analoqu olmayan birmeşədi, necə ki bizdə Zəngilanda yalnız çinarlardan ibarət meşə vardı. Bu şəhərdə də bütün meşə alma ağaclarıdı. Eləcədə şəhərin küçələrindəki bütün ağaclar almadı və özü də təbii.

«Qarabağ»komandası Avroliqada həmin şəhərin eyni adlıklubu ilə görüşürdü. Səfər oyununa mən dəgetmişdim, böyük oğlumu da özümlə götürmüşdüm. Və şəhərin mənzərəsini, eləcə də küçədəkialma ağaclarını görəndə çox təəccüblənmişdim.Dedilər ki, nəinki meşədə, hətta küçədəkiağaclardan alma dərmək qadağandı.Amma cəza cərimə ilə deyil, şəriət qanunuyladı, hər almaya görə adamın gündöyməzinə iyirmi şallaq vururlar.

Gecəçıxmışdım şəhərə. Qayıdanda gördüm küçədəheç kim yoxdu, tamahm durmadı, ikisinidərdim: birini özümə, birini uşağa. Onlar necə adlandırır bilmirəm, bizim İsmayıllının Qızıl Əhmədisi kimiydi.

Gəldimotağa, oğlum gördü əlimdə iki alma. Dedi, ata, neyləmisən? Dedim, iyirmi şallaqlaheç nə olmaz. Qayıtdı ki, ikisinidərmisən axı, qırx şallaq.

Dedim:

-Qırx yox, iyirmi. İyirmisini də sənə vuracaqlar.

Güldü.

-Bəri başdan məni çıx. Deyəcəm ki, almaya heç əlimidə vurmamışam.

Ammaaxşam almanın ikisini də özü yedi.

Xoşbəxtlikdəno vaxt həmin şəhərin küçələrində onların NəqliyyatAgentliyinin kameraları qurulmamışdı. Meşədə də kamera qurmaq ağıllarına gəlməmişdi.