adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 May 2020 21:37
15572
DÜNYA

Çernobıl ərazisində 16 stalker saxlanıldı

Ukraynada polis ötən həftəsonu Çernobıl AES-in təcrid zonasında 16 stalker (az tanınan, həyati təhlükəli yerləri tapan, araşdıran və belə yerlərdə bələdçi olan şəxs) saxlayıb.

Bu barədəUkrayna Milli Polisinin Kiyev vilayəti üzrə mətbuat xidməti "Facebook” səhifəsində məlumat yayıb.

Turistlər keçid məntəqələrini keçərək, Çernobıl AES-in ərazisinə daxil olublar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları "Çernobıl-2” obyektinin yaxınlığında da bir neçə turistgörüblər.

Qanunu pozanlar barəsində inzibati protokollar tərtib edilib.