Çempionlar Liqasında III tura start verilir
Bu gün Çempionlar Liqasının qrup mərhələsində III turun oyunlarına start veriləcək.
Adalet.az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək.
E qrupunun lideri "Bavariya" səfərdə "Roma"nın qonağı olacaq. "Mançester Siti" klubu isə Moskvada CSKA ilə qarşılaşacaq.
F qrupunda "Barselona" öz meydanında "Ayaks"ı, APOEL isə PSJ-ni qəbul edəcək.
G qrupunun lideri olan "Çelsi" klubu doğma meydanda Sloveniya çempionu "Maribor"u sınağa çəkəcək. Almaniyada isə "Şalke" - "Sportinq" oyunu keçiriləcək.
H qrupunda keçirdiyi iki oyunda heç-heçə edən "Şaxtyor" (Donetsk) klubu səfərdə BATE-nin qonağı olacaq. "Portu" isə öz meydanında "Atletik" (Bilbao) ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, ÇL-in qrup mərhələsinin III turunun qalan 8 oyunu sabah axşam keçiriləcək.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00