Çempionatın ən yaxşısı Azərbaycandan getdi
"Azərreyl” daha bir voleybolçusu ilə vidalaşıb.
Adalet.az-ın məlumatına görə, "dəmiryolçular” bu dəfə Tailand millisinin hücumçusu Malika Kanzonqla yollarını ayırıblar.
Belə ki, yeni mövsümdə "Çelenc Cup”da oynayacaq "Azərreyl” 30 yaşlı voleybolçunun başa çatan müqaviləsini yeniləməkdə maraqlı olmayıb. Bu səbəbdən də "İqtisadçı” və "Azəryol”da da oynamış Kanzonq növbəti dəfə ölkəmizdən ayrılıb.
"Azərreyl”lə Super Liqanın ikincisi olan asiyalı 2013-cü ildə "İqtisadçı” ilə də gümüş medal qazanıb. O, son 2 ildə Azərbaycan çempionatının müxtəlif nominasiyalarında ən yaxşı seçilməklə, yarışın simvolik yığmasında da yer alıb.
Qeyd edək ki, Bakı klubu Kanzonqdan öncə Edina Dobi (Macarıstan), Danitsa Radenkoviç (Serbiya), Marten Bettendorf (ABŞ) və Mersi Moimlə (Keniya) vidalaşıb.
Digər Xəbərlər
04 May 2024 13:37
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 10:29Azərbaycan Premyer Liqası: “Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Neftçi”yə qarşı
03 May 2024 23:04UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06