"Çempion olsaq, meydanda tanqo oynayacam"
"Tottenhem”in baş məşqçisi Maurisio Poçettino maraqlı açıqlama verib.
Adalet.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərəgörə, argentinalı mütəxəssis komandasının İngiltərə Premyer Liqasının qalibi olacağı təqdirdə meydançada tanqo rəqsi oynayacağını bildirib.
"Əgər məqsədimizə çatsaq, heç bir problemsiz meydanın ortasında tanqo rəqsi edəcəm” – deyə o qeyd edib.
"Tottenhem” 20 turdan sonra 42 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Onları lider "Çelsi”dən 7 xal ayırır.


Bakı -°C

