Çaylarda suyun səviyyəsi artıb
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-270, Kiçik Qafqazın çaylarında 140-320, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-200 faizini təşkil edir.
Bu barədə Adalet.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, oktyabrın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 192 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 22 santimetr azalma qeydə alınıb. Məntəqədə su sərfi saniyədə 163 kubmetr olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 8 santimetr artıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 574, Salyanda 385, Bankədə və Novruzlu məntəqəsində isə 285 santimetrdir.
Digər Xəbərlər
26 Aprel 2024 16:24
Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF
25 Aprel 2024 18:27