adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Noyabr 2015 15:16
57184
MÜSAHİBƏ

“Çalışırıq ki, dünya təhsilinin ən üstün cəhətlərini öyrənək və tətbiq edək” - Müsahibə

İsmayıllı Dövlət Humanitar və TexnologiyaKollecinin direktor vəzifəsini icra edən Sevda Qasımova Adalet.az-a müsahibə verib.

-Bu gün hökumətin həyata keçirdiyi siyasətdə təhsil sisteminin inkişafıprioritet məsələdir. Bu yöndə dövlət proqramları da həyata keçirilir. Təhsilişçisi kimi bu siyasəti necə dəyərləndirərdiniz?

- Təhsil sisteminin inkişafı istiqamətində qəbulolunan dövlət proqramları və digər normativ hüquqi aktlar günümüzün durmadanartan tələblərinə cavab verən bir təhsil sisteminin formalaşmasını hədəfləyir. Dövləttərəfindən 2013-cü ildə rayonumuzdaçoxprofilli kollecin açılması bütövlükdə regionların inkişafına yönəlmişbir addımdır. Başqa sahələrdə olduğukimi, təhsil sahəsində də inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə olunur.Məsələn, təhsilin kredit sistemi ilə təşkili, ali məktəblərlə yanaşı, 2014-2015-citədris ilindən başlayaraq kollecləri də əhatə edir. Təlim texnologiyaları daimyenilənir və təkmilləşir. Təhsildə innovativ metodlar yeni təfəkkür tərzinəmalik insan tipini meydana çıxarır. "Bütün suallara hazır cavabları olan” insanınyerini düşünən, sərbəst qərar çıxaran, özünə güvənən yaradıcı, inadkar, prinsipialinsan tutur. Psixologiyalar dəyişir. Sürətlə artan informasiya bolluğu, mürəkkəbictimai-siyasi hadisələr, inkişaf etmiş texnologiyalar, kütləvi mədəniyyətqaynağı olan internet şəbəkələri həyatımızın bütün sahələrinə daxil olduğu birşəraitdə ayaqda qalmağı, yaşadığı cəmiyyəti və ölkəsini ayaqda tutmağı bacaraninsan yetişdirmək nə asandır, nə də vazkeçilən. Bu səbəbdəndir ki, təhsil ənprioritet sahədir.

-Abituriyentlərin İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinə marağıhansı səviyyədədi?

- Kollecimiz üçüncü tədrisilidir ki, fəaliyyət göstərir. Hazırda kollecimizdə 10 ixtisas üzrə ("Müalicəişi”, "Mühasibat uçotu”, "Məktəbəqədər təlim və tərbiyə”, "Turizm və onun təşkili”,"İnformatika müəllimliyi”, ”Kompüter şəbəkələrinin və hesablanma texnikasının təmirivə servis xidməti”, ”Taxıl və taxıl məhsullarının saxlanması və emalı texnologiyası”,”Ət və süd məhsullarının emalı texnologiyası”, ”Şərabçılıq və qıcqırtma istehsalının texnologiyası”) 470 tələbə təhsilalır. Tələbələrimiz Azərbaycanın 46 şəhər və rayonunu əhatə edir. İki ixtisasüzrə qəbul başqa kolleclərlə yanaşı, kollecimizdə də dayandırılmışdır. Bu tələbə sayına təsir edirsədə, bu il abituriyentlər ilk dəfə daha iki aqrar ixtisas üzrə oxumaq üçünkollecimizi seçmişlər.

Onu da qeyd etməliyəm ki,bizim üçün ixtisas hazırlığını həyata keçirdiyimiz tələbələrin sayı önəmlideyil. Önəmli olan əmək bazarında rəqabətə dözən, əsl mütəxəssis və vətəndaşkimi yetişən kadrlar hazırlamaqdır. Təəssüf ki, yalnız diplom almağı qarşısınaməqsəd qoyan gənclərimiz də vardır. Bu çox ağrılı yerimizdir. Məncə, bütövlükdəbelə bir psixologiyanın aradan qaldırılması üçün biz çətinliklərə dözməli, səygöstərməliyik.


-Kollecdə abituriyentlərə təklif olunan ixtisaslargünümüzün tələblərinə hansı səviyyədə cavab verir?

-Abituriyentlərə təklif olunan ixtisasların rayonumuzun təsərrüfat profilinəvə mütəxəssislərə olan tələbatına uyğun olaraq seçilib. Dörd ixtisas aqraristiqamətlidir ki, ölkəmizin ərazicə ən böyük və zəngin təbiətli rayonlarındanbiri olan İsmayıllı üçün bu uyğun və perspektivlidir. ”Müalicə işi” ixtisasıüzrə qəbul planında nəzərdə tutulmuş bütün yerlərin dolması bu ixtisasa marağı əksetdirir. Eləcə də rayonumuzda tibb mütəxəssislərinə böyük ehtiyac vardır. Digərixtisaslar haqqında da bu fikri söyləmək olar. Əlbəttə, qəbulu dayandırılmışiki ixtisasın əvəzinə gələcəkdə başqa zəruriixtisaslar üzrə kadr hazırlığının həyata keçirilməsi təklifi irəli sürülə bilər.Biz belə bir təşəbbüs üçün mütəmadi olaraq əmək bazarını öyrənirik.

-Tələbələrin praktik təlimlərə cəlb olunması üçünmaddi-texniki bazası hansı səviyyədədir?

-Kollecimizin binasının hələlik tikilməməsi ən böyük problemimizdir. Bu problemtəcrübə bazasının yaradılmasına mühüm dərəcədə təsir edir. Amma bu o deməkdeyil ki, tələbələrimiz təcrübi dərslər lazımi vəsaitlərlə təmin olunmamışdır. Biztəcrübi dərslərin keyfiyyətli keçirilməsi üçün bütün daxili və digərimkanlardan istifadə edirik. Məsələn, "Müalicə işi” ixtisası üzrə təhsil alan tələbələrimizinəsl tibb mütəxəssisi kimi yetişməsi üçün qarşılıqlı razılıq əsasında İsmayıllıRayon Mərkəzi Xəstəxanasının bazasından istifadə olunur. Rayon ərazisindəmövcud olan müəssisələrin bazasından qarşılıqlı razılıqlar əsasında müvafiqixtisaslar üzrə praktik təlimlərin keçirilməsi üçün istifadə olunur.

-Kollecdəçalışan müəllim heyəti keyfiyyət baxımından sizi qane edirmi?

-Kollecimizə 60-a yaxın tam ştatlı və saat hesabı ilə dərs deyən müəllim cəlbolunmuşdur. Bu müəllimlərin böyük bir hissəsi gənclərdir. Biz yalnız tələbələrimizindeyil, müəllimlərimizin də fasiləsiz təhsilinin təmin olunmasını diqqət mərkəzindəsaxlayırıq. Belə ki, hazırda iki müəllimimiz doktoranturada, ikisi isəmagistraturada təhsilini davam etdirir. Elə buradaca qeyd etmək istərdim ki,ölkəmizdə magistratura təhsilinin əsasən əyani formada olması müəllimkadrlarının işləyərək təhsilinin davam etdirməsi imkanlarını məhdudlaşdırır. Xariciölkələrdə olduğu kimi, ölkəmizin ali məktəblərində distant formada magistr dərəcəsialmaq imkanı olması çox zəruridir. Bununla belə, gənc müəllimlərin elmi və pedaqojiustalığını artırmaq üçün müxtəlif vasitələrdən istifadə olunur. Müntəzəm olaraqyeni təlim texnologiyalarının öyrənilməsi və tətbiq olunması istiqamətində işlərgörülür.

-Bizdə məlumat var ki, İsmayıllı ilə yanaşı, ətrafrayondan olan tələbələr də bu kollecdə təhsil alır. Sizcə, bu İsmayıllırayonunun iqtisadi göstəricisinə necə təsir göstərir.

-Kollecimizdə Azərbaycanın 46 bölgəsindən gəlmiş 300-əqədər tələbə təhsil alır. Əlbəttə, nəzərə alsaq ki, kollecin yataqxanasıolmadığı üçün tələbələr evlərdə kirayə şərtləri ilə qalırlar və hər cüristehlak xərclərini rayonumuzda reallaşdırırlar, kollecdə tələbə kontingentiartdıqca bu göstəricilər də artır, o zaman bu təsirin hansı səviyyədə olduğu daaydınlaşar.

-Regionlardahansı təhsil müəssisəsini özünüzə rəqib kimi görürsünüz?

-Biz heç birtəhsil müəssisəsinə rəqib kimi baxmırıq. Əlbəttə, onların təcrübələrini öyrənirvə ən üstünlərini tətbiq edirik. Lakin çalışırıq ki, kollec olaraq simamızolsun. Bizim ixtisas hazırlığına yiyələndirdiyimiz tələbələr həm də vətəndaşdırlar.Burada gördükləri idarəetməni gələcəkdə işlərində tətbiq edəcəklər. Qoy onlar ədalətvə humanizmi, obyektivliyi, şəffaflığı, qanunlarına hörmət etməyi burada öyrənsinlər.Hər halda məqsədimiz budur.

-Hər hansı təhsilmüəssisəsi ilə əməkdaşlıq edirsinizmi? Beynəlxalq əməkdaşlığınız hansı səviyyədədir

-Respublikamızdafəaliyyət göstərən əksər kolleclərlə əlaqələrimiz var. Ali məktəblərdə əlaqələryaratmağa çalışırıq. Çalışırıq ki, təkcə bölgədəki təhsil müəssisələrinindeyil, dünya təhsilinin ən üstün cəhətlərini öyrənək və tətbiq edək. ŞimaliKipr Türk Respublikasında fəaliyyət göstərənUluslararası Kipr Universiteti ilə əlaqələrimiz vardır. Dərs ilininbaşlanğıcında həmin universitetin dosenti Mustafa Tunay kollecimizdə müəllimlərvə tələbələr üçün seminar keçirdi. Müəllimlərimiz Beynəlxalq ədəbi proseslərdəiştirak edirlər. Məsələn, keçən il Türkiyədə nəşr olunan "Türk dünyasıantologiyası”nın Azərbaycan üzrə koordinatoru müəllimlərimiz olmuşdur. Müəllimlərimizbədii yaradıcılıqla məşğul olur, onların əsərləri xarici mətbuatda nəşr olunur.Biz Təhsil Nazirliyinin razılığı ilə beynəlxalq əlaqələri genişləndirməkfikrindəyik.

-Gələcəkplanlarınız nədir?

- Gələcəkplanlarımız və arzularımız var. Biz kollecimizi müasir dünya standartlarına uyğun görmək istəyirik. Eynizamanda kollecdə ümumilikdə elmi səviyyənin artırılması istiqamətində işlərgörüləcəkdir. Müəllimlər və tələbələrin iştirakı ilə elmi konfranslar keçirmək,elmi mərkəzlərə inteqrasiya olunmaq əsas hədəfimizdir. Biz yaxın gələcəkdə AzərbaycanRespublikası Prezidenti yanında Bilik Fondu ilə sıx əlaqələr quracağıq.

-Rayon rəhbərliyinin təhsilə qayğısı necədir?

-Əslində kollecimizinyaradılmasının təşəbbüskarı RİH-nin başçısı əməkdar elm xadimi, professorMirdaməd Sadıqov olmuşdur.Dövlətimiz butəşəbbüsü dərhal dəstəkləmişdir. Bütün şüurlu ömrünü elmə və təhsilə həsr etmişbir insan olan M.Sadıqovun rayonumuzun sosial,mədəni, iqtisadi inkişafı üçüngördüyü uğurlu işlər sırasında təhsilə qayğısı ayrıca yer tutur. İşininçoxluğu, gərginliyi ona bu sahəni unutdurmur.Elm adamlarına dəyər verir, rayondaelmi mühit, ziyalı mühitinin yaradılması, gənclərin mənəvi inkişafı, məşğulluğununtəmin edilməsi onun diqqət mərkəzindədir.Bu ilin sentyabrnda Mirdaməd müəllimintəşəbbüsü ilə rayonumuzda təhsildən kənarda qalan gənclərin sahibkarlıq fəaliyyətinəhəvəsləndirilməsi və bu istiqamətdə hazırlanması məqsədi ilə "Gənc təsərrüfatçılarməktəbi” yaradılmış və fəaliyyət göstərir.Məktəbin məşğələlərinərespublikamızın çox nüfuzlu elmi müəsissə və təşkilatlarından alim və mütəxəssislərdəvət olunur. Rayonumuzda elmi konfrans və seminarların keçirilməsi elmi və mədəniinkişafa təkan verir. Biz kollec olaraq daim bu elm insanının qayğısını öz üzərimizdəgörür və hiss edirik.

Qəzetinizdəbizə də yer ayırdığınız üçün təşəkkür edirəm!


Sübhan Mahmudlu