Ceyhun Bayramovla Feridun Sinirlioğlu arasında geniştərkibli görüş olub - YENİLƏNİB
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində ATƏT-in baş katibi Feridun Sinirlioğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Adalet.az xəbər verir ki, C.Bayramov və F.Sinirlioğlu arasında təkbətək müzakirələrdən sonra, hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Geniştərkibli görüş zamanı Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığının hazırkı durumu və perspektivləri, regional inkişaflar və çağırışlar, postmünaqişə dövründə vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi kimi bir neçə əsas istiqamət üzrə ətraflı müzakirələr aparılıb.
ATƏT məkanında təhlükəsizlik mühitinin gərgin və mürəkkəb olaraq qaldığı hazırkı vəziyyətdə Təşkilatın yeni şərtlərə çevik adaptasiya olunmasının, çoxtərəfli platforma kimi öz aktuallığını qoruyub saxlaması və öhdəliklərini yerinə yetirməsinin tələb olunduğu vurğulanıb.
Ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən ATƏT-in aktiv üzvlərindən biri olduğu diqqətə çatdırılıb, xüsusilə hazırkı postmünaqişə dövründə əməkdaşlığın daha da genişləndirilməsi üçün imkanların mövcudluğu diqqətə çatdırılıb.
C.Bayramov postmünaqişə dövründə bölgəmizdəki son inkişaflar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərin yurdlarına qayıdışı, buna əngəl törədən mina təhdidi ilə mübarizə sahəsində görülən işlər barədə tərəf müqabilinə məlumat verib.
Postmünaqişə dövründə ATƏT-in Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan və partlamamış sursatlardan təmizlənməsi, həmin ərazilərdə ətraf mühit vəziyyətinin qiymətləndirilməsi kimi istiqamətlər üzrə müvafiq dəstək layihələri vasitəsilə bərpa və yenidənqurma fəaliyyətlərində rol ala biləcəyi ifadə olunub.
Azərbaycan-Ermənistan normallaşma prosesinə toxunularaq tərəflər arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə danışıqların yekunlaşmasından sonrakı vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Sülh sazişinin imzalanması üçün əsas şərtlər qismində Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı qüvvədə qalan ərazi iddialarının aradan qaldırılması və eləcə də münaqişənin bitməsi nəticəsində tarixə qovuşmuş, öz əhəmiyyətini itirmiş Minsk Qrupu, Fəaliyyətdə olan sədrin xüsusi nümayəndəsi, Yüksək Səviyyəli Planlaşdırma Qrupu kimi ATƏT təsisatlarının ləğv edilməsinin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
C.Bayramov və F.Sinirlioğlu daha sonra mətbuat brifinqində apardıqları müzakirələrin nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
***17:45
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla ATƏT-in Baş katibi Feridun Sinirlioğlu arasında geniştərkibli görüş başlayıb.
Adalet.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
**
17:02
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qarşılayıb.
Adalet.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, Ceyhun Bayramovun ATƏT-in Baş katibi ilə təkbətək görüşü başlayıb.
Digər Xəbərlər
01 Yanvar 2026 17:28
Azərbaycan İsveçrəyə başsağlığı verdi
01 Yanvar 2026 16:16
"“Böyük Qayıdış” Proqramını uğurla icra edirik" - İlham Əliyev
01 Yanvar 2026 13:45
“Rusiya Ukraynanın şəhərlərinə daha çox zərər vurmağa çalışacaq”
01 Yanvar 2026 12:52
Prezident xalqa müraciətindən paylaşım etdi - VİDEO
01 Yanvar 2026 08:47
""Kim güclüdür, o da haqlıdır" prinsipini əsas prinsip kimi qəbul ediblər" - Prezident
31 Dekabr 2025 23:59
Prezident İlham Əliyev xalqa müraciət etdi - VİDEO + YENİLƏNİB
31 Dekabr 2025 15:40
İlham Əliyev bu il ərzində 309 tədbirdə iştirak edib
31 Dekabr 2025 13:45


Bakı -°C

