Ceyhun Bayramovla Əraqçinin telefon danışığı oldu - YENİLƏNİB
5 mart 2026-cı il tarixində İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
XİN-dən Adalet.az-a verilən xəbərə görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov, İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə edilmiş dron hücumlarını qətiyyətlə pisləyib, bu hücumlarla bağlı qəti etirazını bildirib. Azərbaycan ərazisinə bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu, regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.
İran naziri Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumları ilə bağlı narahatlığını ifadə edib. İran tərəfinin və hərbçilərin bu hadisə ilə bağlı araşdırma başladığını bildirib. İran naziri yaralanan mülki şəxslərə şəfa diləyib.
İran tərəfindən hücumla bağlı üzr istənilməsini, araşdırmaların nəticələrinə dair qısa müddət ərzində izahat verilməsini, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlər görülməsini gözlədiyimiz diqqətə çatdırılıb.
***
Azərbaycan və İranın xarici işlər nazirləri Ceyhun Bayramovla Abbas Əraqçi arasında telefon danışığı olub
Adalet.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasına edilən hücuma toxunan Əraqçi bildirib ki, İran Silahlı Qüvvələri bu məsələ ilə bağlı lazımi araşdırma və təhqiqat aparır;
Əraqçi eyni zamanda, Azərbaycana qarşı hər hansı bir hücumun edilməsini təkzib edib;
İran XİN rəhbəri qeyd edib ki, bu, iki ölkə arasındakı münasibətləri pozmaq üçün İsrail tərəfindən törədilə bilər;
İranlı nazir 4 Azərbaycan vətəndaşının yaralanmasından təəssüfləndiyini bildirib.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

