Ceyhun Bayramov Mixail Qaluzinlə müzakirə apardı
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzini qəbul edib.
Adalet.az xəbər verir ki, görüş zamanı, Azərbaycan–Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət və humanitar aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi baxımından qarşılıqlı səfərlərin və təmasların əhəmiyyəti vurğulanıb.
Tərəflər Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edərək, bu mexanizm çərçivəsində görülən işlər və perspektiv istiqamətlər üzrə müzakirələr aparıblar.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçirilib.
Digər Xəbərlər
14 Aprel 2026 17:28
Əli Əsədov büdcə ilə bağlı tapşırıqlar verdi
14 Aprel 2026 17:25
Sahibə Qafarova Türkiyəyə səfər edib
14 Aprel 2026 16:17
Cevdet Yılmaz Azərbaycanın Ankaradakı səfiri ilə görüşdü
14 Aprel 2026 14:55
"Azərbaycanda qadınlara hörmət mədəniyyətin və ənənələrin ayrılmaz hissəsidir" - Leyla Əliyeva
14 Aprel 2026 14:16
Milli Məclisin Aparat rəhbərinin yeni müavini kimdir? - DOSYE
14 Aprel 2026 13:55
"422 Azərbaycan vətəndaşı mina qurbanı olub" - XİN
14 Aprel 2026 13:39
Prezident yeni səfirləri qəbul etdi - FOTOLAR + YENİLƏNİB
14 Aprel 2026 11:12


Bakı -°C

