adalet.az header logo
  • Bakı 21°C
06 Iyun 2023 17:20
245
SİYASƏT

Ceyhun Bayramov Avstriyada dəyirmi masada iştirak edib - FOTO

Avstriyada səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın sədrliyi altında ATƏT-ə üzv dövlətlərin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında məlumat verilib.

“Görüşdə ATƏT-in əməkdaşlıq gündəliyi və Azərbaycan - Ermənistan münaqişədən sonrakı məsələlər ətrafında səmərəli müzakirə aparılıb”, - XİN bildirib.