Cənubi Koreyanın keçmiş birinci xanımı həbs edilə bilər
Cənubi Koreya prokurorları keçmiş birinci xanım Kim Konq Henin həbsinə order verilməsini istəyib.
Adalet.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, keçmiş birinci xanım kapital bazarları və maliyyə investisiyaları, habelə siyasi maliyyələşdirmə haqqında qanunları pozmaqda ittiham olunur. Müstəntiqlərin fikrincə, Kim Konq Hen 2009-2012-ci illər arasında öz şirkətinin səhmlərinin dəyərini süni şəkildə artırıb, dəbdəbəli hədiyyələr qəbul edib və qanunvericiliyə namizədlərin irəli sürülməsi prosesinə müdaxilə edib.
İyul ayında Seul məhkəməsi Kim Konq Henin əri, Cənubi Koreyanın keçmiş prezidenti Yun Seok Yeolun həbsinə order verib.
Digər Xəbərlər
10 Oktyabr 2026 00:32
Putinlə Tramp Rusiya-Ukrayna münaqişəsini və İranı müzakirə ediblər
09 Oktyabr 2026 23:42
Tramp Putinlə danışdı - Dizellə bağlı razılaşma əldə etdilər
09 Oktyabr 2026 21:40
BƏƏ təsdiqlədi: Pilot İsraildə böyük terror aktı törədəcəkdi
09 Oktyabr 2026 21:20


Bakı -°C

