Cənubi Afrikada köpəkbalıqlarını öldürüb ciyərini yeyən qatil balinalar aşkar olundu
2017-ci ildən bəri Cənubi Afrika sularında böyük ağ köpəkbalıqlarının kütləvi öldürülməsi halı baş verir ki, bunun da arxasında bir cüt erkək qatil balinanın dayandığı ehtimal olunur.
Bu barədə Cənubi Afrikanın Dayer Adası Qoruğu bioloqlarının Afrika Dəniz Elmləri Jurnalında dərc olunan araşdırmalarında bildirilir.
Belə ki, iki balina ən azı səkkiz köpəkbalığını parçalayaraq öldürüb. Maraqlıdır ki, yeddi qətl halında cütlüyün yeddi dəfə qurbanlarının ciyərlərini yediyi məlum olub. Elm adamlarının vaxtaşırı olaraq ölü tapdıqları bəzi köpəkbalıqlarında isə ürək olmayıb. İki qatil balinanı döyüş izləri ilə tanımaq olar; bir balinanın üzgəci sağa, digərininki isə sola əyilib. Bu xüsusiyyətlərinə görə balinalara “Liman” və “Sağ göyərtə” adı verilib.
Bildirilir ki, köpəkbalıqlarının cəsədləri Cənubi Afrikanın Gansbay sahili ərazisində balina cütünün peyda olmasından dərhal sonra tapılmağa başlayıb. Alimlərin fikrincə, qatil balinalar üçün bu davranış normaldır, lakin onların yaşayış mühitinə belə güclü təsir göstərməsi olduqca nadir haldır.
Bölgədə uzun illər ərzində köpəkbalıqları üzərində aparılan müşahidələr sayəsində tədqiqatçılar aşkar ediblər ki, qatil balinalar yaxınlıqda olanda onlarla köpəkbalığı Gansbay sahilindən aktiv şəkildə uzaq durur. Qeyd olunan köpəkbalıqları bəzən üstünlük təşkil etdikləri ərazini həftələr və ya aylar ərzində tərk edə bilirlər.
Tədqiqatçıların fikrincə, köpəkbalıqlarının kütləvi miqrasiyası yerli ekosistemə təsir göstərib. Beləliklə, onların yerini dar dişli köpəkbalığı tutub və bu dəyişiklik ekosistemin bütün qida zəncirini məhv edə bilər.
Digər Xəbərlər
14 Sentyabr 2026 19:38
Ukrayna və Rusiya razılaşdı, hücum olmayacaq - Tramp
14 Sentyabr 2026 18:50
Zelenski Baş prokuroru vəzifəsindən azad etdi
14 Sentyabr 2026 18:43
Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan
14 Sentyabr 2026 18:30
Rusiya Ukraynanın itkilərini yenilədi
14 Sentyabr 2026 18:12
Müharibənin bir günü Ukraynaya neçəyə başa gəlir?
14 Sentyabr 2026 17:29
Pezeşkian danışarkən çərəz yeyən xarici rəsmi gündəm oldu - VİDEO
14 Sentyabr 2026 13:12
Gürcüstanda DTX rəisi istefa verdi
14 Sentyabr 2026 12:54


Bakı -°C

