Çempionlar Liqası: Son 1/4 finalçılar məlum olur

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
Adalet.az xəbər verir ki, son oyun günündə keçiriləcək iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları bəlli olacaqlar.
İspaniyada “Real Madrid” İngiltərənin “Liverpul” klubunu qəbul edəcək. Komandalar arasındakı ilk matçda ispanlar 2:5 hesablı qələbə qazanıblar.
Gecənin digər matçı İtaliyada keçiriləcək. “Napoli” öz meydanında “Ayntraxt”ı (Frankfurt) sınağa çəkəcək. İlk oyunda italyanlar 0:2 üstün olublar.
UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
16 mart
00:00. “Real Madrid” (İspaniya) - “Liverpul” (İngiltərə)
İlk oyun – 2:5
00:00. “Napoli” (İtaliya) - “Ayntraxt” (Frankfurt, Almaniya)
İlk oyun – 0:2
Daha əvvəl Almaniyanın “Bayern”, Portuqaliyanın “Benfika”, İngiltərənin “Çelsi” və “Mançester Siti”, İtaliyanın “Milan” və “İnter” klubları 1/4 finala vəsiqə qazanıblar.
Digər Xəbərlər

“Desəm ki, istədiyimiz kimi heyət formalaşdırmışıq yalan olar” - Qurban Qurbanov

Ronaldodan müsəlmanların qəlbini fəth edəcək addım: “Vurduğu qoldan sonra səcdəyə getdi...”

Qurban Qurbanov dünyaya səs salan hərəkətinə görə mükafatlandırıldı

Di Mariya "Yuventus"dan ayrılacaq

“Real Madrid” Avropanın ən güclüsü oldu

"Liverpul" tarixinin ən bahalı transferini edə bilər

Mehriban Əliyeva Avropa çempionatında uğurlu çıxış edən gimnastlarımızı təbrik edib – FOTO
