adalet.az header logo
  • Bakı -°C
09 Dekabr 2025 11:17
79
İDMAN
A- A+

Çempionlar Liqası: “Qalatasaray” bu gün növbəti oyununa çıxacaq

Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsində VI tura start veriləcək.

Adalet.az xəbər verir ki, ilk oyun günündə 9 görüş baş tutacaq.

Türkiyənin "Qalatasaray" komandası Fransada "Monako"nun qonağı olacaq.

İtaliya "İnter"i isə doğma meydanda İngiltərənin "Liverpul" kollektivi ilə üz-üzə gələcək.

Hər iki qarşılaşma Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, VI tur

9 dekabr

19:30. "Kayrat" (Qazaxıstan) - "Olimpiakos" (Yunanıstan)

21:45. "Bavariya" (Almaniya) - "Sportinq" (Portuqaliya)

00:00. "Atalanta" (İtaliya) - "Çelsi" (İngiltərə)

00:00. "Barselona" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya)

00:00. "İnter" (İtaliya) - "Liverpul" (İngiltərə)

00:00. "Monako" (Fransa) - "Qalatasaray" (İtaliya)

00:00. PSV (Niderland) - "Atletiko" (İspaniya)

00:00. "Yunion" (Belçika) - "Marsel" (Fransa)

00:00. "Tottenhem" (İngiltərə) - "Slaviya" (Çexiya)

Qeyd edək ki, Çempionlar Liqasının liqa mərhələsində VI turun digər matçları dekabrın 10-da keçiriləcək.