adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
06 Sentyabr 2018 11:04
15125
ƏDƏBİYYAT

Cəmiyyətin özü dəlixanadan daha təhlükəlidir

Anton Pavloviç Çexov, 29 Yanvar 1860-cı ildə,Rusiyanın cənubunda Azak dənizi sahillərindəki, Yunan tacirlərin tez-tezziyarət etdiyi liman şəhəri olan Taganrog’da doğulmuşdur. Bura, həyatın stabil olaraq yaşanıldığı, insanlarınçoxunun bir-birini tanıdığı bir yerdir. Şəhərdə qapısı üzərində "Çay, şəkər,qəhvə və başqa məhsullar” yazılan bir baqqal var idi. Hələ kiçik bir uşaq ikənÇexov, uşaqlığını atasının sahibi olduğu bu baqqal dükanına gələn müştərilərləmaraqlanaraq yaşamışdır. Oğlunu bir tacir olaraq yetişdirmək istəyən atası,çalışqan, özünün və üç oğlunun azadlığını qazancıyla satın almış bir torpaqköləsinin oğlu Pavel Egoroviç‘dir. Sərt, avtoritar və dindar biridir. Busəbəbdən altı uşağını da dindar bir xristian olaraq yetişdirmək niyyətindədir.


Uşaqlığı

Çexovunuşaqlığı atasının təzyiqi altında keçmişdir. Buna baxmayaraq illər sonra yazar olduğuzaman "Qabiliyyətlərimiz atamızdan, ruhumuz da anamızdan keçmişdir.”deyəcəkdir. Çünki atası olduqca qabiliyyətli biri idi. Heç təhsil almadığı haldaskripka çalır, yağlıboya ilə şəkillər çəkirdi. Ana Evgeniya Yakolevna isəsəssiz bir qadın idi. Çexov’un ruhunu anasından aldığını söyləməsi boş yerədeyil, çünki onun Anton Çexov’un yazarlığını bəsləyəcək bir xüsusiyyəti varidi: O, çox yaxşı nağıl nəql edərdi.

Anası fərqlisəfər əhvalatlarıyla oğlunun xəyal dünyasını genişləndirməyə çalışsa da, atasıonu bir tacir olaraq yetişdirmək istəyirdi. Oğullarından birinin mütləq şəkildə zənginolmasını istəyirdi. Ana Evgeniya Yakolevna isə oğulunun bir Rus məktəbinəgetməsinin tərəfdarı idi. Beləliklə qərar verilir. Anton və qardaşı Nikolay1867-ci ildə Taganrogdako Yunan məktəbinə göndərilir.

Əslindəkilsədən və dükandan uzaq bir həyat hər iki qardaş üçün də məmnunedici idi. Ancaq nə Anton, nə dəNikolay bir il boyunca Yunan dilində bir söz belə öyrənə bilmir. Atası onlarıməktəbdən çıxardır və Taqanroq Liseyinə qoyur. Çexov, bu illərdə dostlarıarasında gülməli əhvalatlar anlatmaq qabiliyyətiylə tanınırdı. Ona ən çox təsiredən müəllimi isə keşiş Pokrovski olmuşdur. Pokrovski ona dərslərdə Şekspiri,Höteni, Puşkini izah edir, Moliere və Swift’i oxumasını məsləhət görürdü. Buillərdə Çexov həm də teatrla tanış olur və müasir teatrda cığır açacaqtamaşalar yazacaq bir yazıçının ilk addımları atılır. Sonralar isə teatr onunüçün bir ehtirasa çevrilir, tez-tez məktəbdən qaçıb gəldiyi yeganə məkan olur.Bu zamanlar aktyorluğa da meyl edir. Qardaşlarıyla birlikdə tamaşaçılarınınqonşuları və qohumları olduğu tamaşalar hazırlayır, təqlidlər edir.


Ağır illər...

Bu vaxt Çexovunböyük qardaşları Aleksandr və Nikolay daha azad bir həyatın düşüncəsiylə​​evdən ayrılaraq Moskvaya gedirlər. Aleksandr riyaziyyat oxumağa, şəkiləqabiliyyətli Nikolay isə gözəl sənətlər akademiyasına doğru yola düşür. Çexov,böyük qardaşlarını evdən uzaqlaşması ilə gedərək yalnızlaşır. Bu vaxt ata PavelEgoroviçin işləri hər keçən gün mənfiyə doğru irəliləyir. Nəhayət ki, bıçaqsümüyə dayanır və ata iflasa uğrayır. Borclulardan qaçmaq üçün Moskvaya gedir.Anton Çexov isə, evdə qalan əşyaları satıb, pulunu ailəsinə göndərmək və liseyibitirmək üçün Taganrogda qalır.

Çexov birtərəfdən işləyib, bir tərəfdən də məktəbi bitirə bilmək üçün canla başladərslərinə çalışır. Tətil günlərini isə bələdiyyə kitabxanasında kitablaroxuyaraq keçirir. 1877-ci il Çexov üçün bir dönüş nöqtəsi olur; Çexov Pasxatətili üçün Moskvaya gedir. İlk dəfə Taganrog’dan, lüks mağazaların vitrinlərinininsan kütləsinə qarışdığı bir şəhərə gəlir. Və bura yenidən gəlməyin xəyalınıqurmağa başlayır.


1879-ci ildə liseyi bitirdikdən sonra Moskvaya ailəsinin yanına köçür. Bir ilsonra Moskva Universitetində tibb təhsili almağa başlayır. Bir tərəfdən də pulqazanmaq üçün yumor jurnallarına kiçik hekayələr yazır. Çexov ilk yazılarında‘Qardaşımın Qardaşı’, ‘Ulysee’ kimi ləqəblərdən istifadə edir. Ən çox istifadəetdiyi ad isə, liseydəki müəlliminin ona verdiyi ləqəb olacaqdır: "AntoşaÇexonte”.

1882-ci ildə, dövrün məşhur yumor jurnallarından biri olan Oskolki’nin(Işıltılar) sahibi ilə tanış olur və daha çox ödənişlə burada yazmağa başlayır.Ancaq bir problem vardır. Yazıları 100 sətiri keçməməlidir. Әvvəl zamanlarçətinlik çəksə belə sonralar, yazdıqlarında daim qısa və konkret olmağı özünəqanun edir.

1884-cü ildəhekayələrindən ibarət "Melpomena Nağılları” nı dərc edir. Eyni il Tibbfakültəsindən məzun olur və həkimliyə başlayır. Yazıçılıqla həkimliyi bir aradaapararaq, uzun müddət "Həkimlik mənim arvadım, ədəbiyyat isə məşuqəmdir.”deyəcəkdir.

Tibbfakültəsindən məzun olduqdan bir il sonra Rusiyanın ən böyük gündəlik qəzetlərindənbiri olan Novoye Vremyada (Yeni Zamanlar) yazmaq üçün təklif alır. Artıqyazdıqları daha geniş oxucu kütlələrinə çatır.


Çexov və Qorki

1886-ci ildə ikinci hekayəkitabı "Rəngli hekayələri” Anton Çexov imzasıyla dərc etdiri. Bir il sonra daRusiya Elmlər Akademiyasının verdiyi Rus ədəbiyyatının ən qiymətlimükafatlarından Puşkin Mükafatını alır. Ardından da Kors Teatrı üçün bir tamaşayazmağa başlayır: "İvanov”.

1888-ci ildə onun parlamasınıtəmin edəcək, Çexov’un ən məşhur və ən gözəl əsərlərindən biri yazılır. 1889-ci ildə Çexov,qardaşı Nikolayı vərəmdən itirir. Qardaşının ölümü, "Meşə Cini” adlıtamaşasının tənqidçilər tərəfindən bəyənilməməsi Çexov’u gedərək böhranasürükləyir. Özünə yapışacaq bir budaq axtaran Çexov bunu Hüquq fakultəsindəoxuyan kiçik qardaşının dərs qeydləri arasında tapır: "Qərar verilməyənədəkbütün diqqətimiz qatilin üstündə toplanır amma həbsxanaya göndəriləndən sonrabütünlüklə unuduruq onu… Bəs həbsxanada nələr olur?”

Çexov həbsxanada baş verənlərin cavabını tapmaq üçün Yaponiyanın şimalındacəzaçəkmə müəsisəsi olan Sahalin’ə, məhkumların həyatına doğru uzun bir səfərəçıxmağa qərar verir. Bu cəhənnəm adasında 8 ay qalır və geri qayıtdıqdan sonraburadakı müşahidələrini "Saxalin adası” adlı bir kitabda toplayır.

Çexov,1892-ci ildə səssiz və sakit həyat axtarışıyla bir malikanə alır. Bir tərəfdənhəkim olaraq ən uzaq kəndlərdəki xəstələrlə belə maraqlanarkən, digər tərəfdənkənddə üç məktəb, bir klinika açdırır. Bu vaxt qələm də əlindən düşmür. ” Üç il",”QaraKeşiş ",” Naməlum Bir Adamın Hekayəsi ",” Mujiklər "kimi hekayələrini buradayazır. Şah əsərlərindən biri olan "Qağayı” da bu illərin məhsuludur.

Ancaquniversitet illərindən bəri ciyərini ələ keçirən vərəm artıq yaxşıcairəliləyir. Həkimlər Çexova bir sahil qəsəbəsində yaşamağı təklif edir.Beləliklə evini satıb Krımın Yalta şəhərinə yerləşir. "Vişnə Bağçası” və "ÜçBacı” nı da burada yazır.

1901-ci ildəteatr aktrisası Olga Knipper ilə evlənir ancaq evlilikləri üç il davam edir.Ayrılıq, Çexovun müalicə üçün getdiyi Almaniyanın Badenweiler şəhərindəhəyatını itirməsi ilə birlikdə gəlir…

Anton Çexov, yazdıqlarının bütün dünya tərəfindən oxunulacağını təxminetməyərək və böyük təvazökarlıq göstərək yazıçılığına yeddi il ömür biçmişdir.Bu gün isə Çexov, qısa hekayələr və müasir teatrda cığır açan, müasirədəbiyyatın ən usta yazıçılarından biridir.

A.P. Çexovunhekayələrinin süjetləri çox sadədir. Onun personajları həyatda məğlub olmuş,mübarizələrini sona yetirmiş adamlardır. Yazıçı adətən belə insanları təsviredərkən onların mənəvi fəlakətlərini göz önünə gətirir, ancaq oxucu bufəlakətləri oxuduqca elə hesab edir ki, bu, adi bir hadisədir.


Nəsrdə zirvə

Çexovun güclüqələm sahibi olmasının bir səbəbi də budur. O, adi oxuculara qeyri-adi gələnhadisələrə çox normal yanaşır, fəlakətləri təsvir edərkən bayağı ifadələrdənqaçır. Bu da Çexovun nəsrini yüksək zirvəyə qaldırır.

Rus nəsrininbu nəhəngini oxuyandan sonra belə qənaətə gəldim ki, həyatdakı hadisələrəqeyri-normal yanaşmaq düzgün deyil, əslində, insanın yaşamı bu mərhələlərdənkeçməlidir. Burda qeyri-adi, fövqəladə bir şey yoxdur. Bir də ki, Çexovuoxuyarkən nəinki yaşamdan bezmək, hətta həyatdan həzz almamaq mümkün deyil.Yazıçıda sanki görünməz bir tilsim var, o tilsim adamı yaşamağa, həyatdan zövqalmağa səsləyir.

Çexovuxatırlamağımın bir səbəbi var. Kim inkar eləyə bilər ki, Çexov problemqaldırmır? O, əsərlərində sadə bir insanın timsalında Rusiyanın, onun ictimaiquruluşunun eybəcərliyini üzə çıxarır və bunların sadə insanları necə basıbəzdiyini göstərir. Ancaq hansı böyük sənətkarlıqla?! Hansı böyük ustalıqla?!

Çexovun yaradıcılığı haqqında qısa bir xatırlatma etdim. Rus nəsrinin digərgörkəmli nümayəndələrindən İvan Buninin, Konstantin Paustovskinin, Platonovun,Turgenevin əsərlərində də eyni situasiyanı görmək olur. Hələ mən fransızədəbiyyatının nəhənglərindən olan Mopassanın adını çəkmirəm. Bu yazıçıların hərbirinin əsərlərində göstərdikləri hadisələr öz problemsiz axarı ilə cərəyan edir.Həyatın bir anının təsviri, sadə bir insanın mənəvi fəlakəti... bu yazıçılarınəsərlərinin fabulasını təşkil edir.


Son

Çexovun "6 N-li palata”əsərini yada salaq. Həkim Andrey Yefomiç humanist bir insandır. Dəlilərarasında biri ilə onun söhbəti baş tutur. Həkim onunla hər gün söhbət apardıqcaanlayır ki, bu insan dəli deyil. Çünki onun düşündüklərini həkimin özü dətez-tez ağlından keçirir. Deməli, cəmiyyətin özü dəlixanadan daha təhlükəlidir.Dörd divar arasında olanların bayırdakılarla heç bir fərqi yoxdur. Çexovustalıqla həkimin və dəlinin "içərisinə” girərək həqiqəti bağırır: "İnsan azadolmalıdır”.

Yazıçı maraqlı bir mətnləproblemi, insanın azad ola bilmədiyini peşəkarcasına göstərir. Məhz buna görədə Çexov həmişə aktualdır.