adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Fevral 2017 14:06
9039
MƏMLƏKƏT

Cəmiyyətin kitab OXUMAMAQ üçün bəhanəsi qalmayıb

İnformasiyatexnologiyalarının inkişaf etdiyi dövrdə elektron bazanın üstünlüyü artmaqdadavam edir. Bu, bir çox sahələrə təsir göstərməklə bərabər kitab dünyasına da təsirsizötüşməyib. Adətən innovasiya günümüzün tələblərini daha asan şəkildə həyatakeçirsə də, bəzən kitab mövzusunda fikirlər haçalanır. Kitabın qoxusunu almağın,onu vərəqləyərək oxumağın fərqli bir hiss verdiyini deyən bəzi oxucular ənənəvikitablara üstünlük verirlər. Ölkədə elektron kitab bazasını yaradan saytalarınsayı kifayət qədərdir. Bu, həm cibimizə qənət etmək deməkdir, həm də bir növ təbiətinmühafizəsində mühüm əhəmiyyət kəsb edir. Telefon və ya planşet şüasının zərərliolduğundan da xəbərimiz var. Məhz bəzi oxucularımız bunu ənənəvi kitabı üstüntutmaqda əsas səbəb kimi göstərirlər. Lakin onu qeyd edək ki, texnologiya həm dəistifadəçilərin sağlamlığını düşünür. Sırf kitab qurdları üçün "book rider” cihazıçoxdandır bazara buraxılıb və insanlar bundan istifadə edirlər. Məhz həminaparat sizə bəzi kitabların kağız materialının verdiyi zərərli şüadan da az təsirgöstərir. Gündəlik həyatımızda onsuzda telefon əlimizdən düşmür. İnsanların birqismi telefondan qurtulmaq üçün kitaba əl atırsa digər qismi kitabı telefona gətirir.Dünyaca məhşur biznesmen və "Microsoft” şirkətinin yaradıcısı Bil Qeyts kağızdövrünün başa çatdığını elan etmişdi. Artıq istədiyiniz qədər faylı bir diskədaxil edə bilərsiniz. Bu, milyonlarla kağız parçası və yüzlərlə ağac deməkdir. Şübhəsizki, onun dedikləri dəqiq və qərəzsiz görünür.

Oxucularımız həqiqətənmi azdır?

Azərbaycandason dövrlərin ən böyük elektron kitab portalı olan "Kitabxana.net” uzun illərdiroxuculara xidmət edir. Bunun kimi onlara böyük e-kitab portalları dünya vəyerli ədəbiyyatın istənilən məhsullarını saytlarında yerləşdirirlər. Bir nüansıda qeyd etmək yerinə düşər. Ölkədə tez tez kitab bazarı və oxucu kütləsi iləbağlı mənfi aurada yazılar dərc olunur. Statistik məlumatlarda oxucularımızınçox az olduğu bildirilir. Bu mövzuda araşdırmalar aparılarkən paytaxt və regionlardakıkitab mağazaları və ya kitabxanalardan açıqlamalar gəlir. Bunun nə qədər doğruyanaşma olduğu şübhə altındadır. Axı kitabxanalar və ya kitab mağazalarıoxucuların bir çoxunun internetdən bəsləndiyi kitablardan məlumatsızdırlar.

Axundovda vəziyyət nə yerdədir?

Məlumdur ki, artıq son iki ildə bu qədim mədəniyyət ocağında kitabxanaxidmətinin müasir tələblərə uyğun qurulmasını təmin etmək, istifadəçilərəvirtual rejimdə xidmət göstərmək üçün elektron kitabxananın və elektronkataloqun məlumat bazasının genişləndirilməsinə başlanılıb. Mirzə FətəliAxundov adına Milli Kitabxanada səhər saatlarında olmağımıza baxmayaraq, oxucuzalının üçdə biri dolu idi. Onların da böyük əksəriyyətini gənclər təşkiledirdi. Bizə bələdçilik edən Oxuculara xidmət şöbəsinin rəhbəri Ədibəİsmayılova dedi ki, çoxsaylı oxu zalları olan Milli Kitabxanada oxucu problemiyoxdur və oxuculara hər cür şərait yaradılıb. Əvvəlki illərə nisbətənkitabxananın fondundan istifadə edən oxucuların sayında artım müşahidə olunur.2012-ci il ərzində kitabxananın daimi oxucularının sayı 36 360 nəfərəçatmışdır. Virtual oxucuların (saytdan, elektron kataloqdan və elektronkitabxanadan istifadə edənlər) sayı 449 000 nəfər, virtual sifarişinxidmətlərindən istifadə edənlər 1257 nəfərdir. İl ərzində kitabxanaya gələn 163383 nəfər oxucuya 771 023 nüsxə ədəbiyyatla xidmət edilmişdir.

Qeyd edək ki, oxucu kitabxana kataloqundan istifadə etmədən birbaşaelektron məlumat bazasından yararlanır. Elektron kataloq, elektron kitabxanaxidmətləri kimi, oxucuya kitab verilişi prosesi də avtomatlaşdırılıb. Oxucuşəxsiyyətini təsdiq edən sənədi təqdim edir, iki dəqiqə ərzində ona elektronbilet verilir. Elektron bilet ilə avtomatik qeydiyyatdan keçir və elektronkataloqdan sifarişini verir. Oxucu artıq tələbnamə yazmır. Elektron kataloqdaistədiyi kitabı seçir, sifariş verir, bir neçə dəqiqə ərzində kitab tapılır vəoxucu kitabın olduğu zala dəvət edilir.

Hələ də ənənəvi kitab oxuyanlar var

Ənənəvikitablar elektron kitabların təzyiqi ilə üzləşsə də onların tamamilə məhvolması mövzu belə ola bilməz. Çünki, insanlar nə qədər internetdə oxumağa meyilgöstərsələr də, bəzən axtardığmız kitabı internetdən tapa bilmirik. Əsasənpaytaxda fəaliyyət göstərən nəşriyyatlar dünya ədəbiyyatından müxtəlif tərcümələr edirlər. Bu tərcümələrin əksəriyyətimüəllif hüququ ilə bağlı internetə buraxılmır. Bu isə oxucunu pul xərcləyibkitab almağa sövq edir.

Mövzu ilə bağlıAdalet.az-a sualımızı cavablandıran yazıçı,jurnalist Rəşad Məcid hesab edir ki, məhsul olaraq elektron və kağızkitabın fərqi yoxdur. Lakin elektron kitablar daha rahat və münasibdir. Onunsözlərinə görə, məhz bu səbəblərdən də müəyyən zaman sonra elektron kitablarınadi kitabları əvəz etməsi qaçılmazdır.

"Yaşlı nəsilkağız kitaba öyrənib, biz kağızı vərəqləməyi, onun qoxusunu duymağa öyrənmişik.Mən də əvvəllər belə düşünürdüm. Amma elektron kitabları oxuyandan sonra görürəmki, belə bir fərqi yoxdur. Əlbəttə zaman keçdikcə elektron cihazlarla kitaboxunması rahat olduğundan kağız kitabları əvəzləyəcəyi mümkündür. Yəqin zamankeçdikcə kitablar suvenir və hədiyyə üçün istifadə olunacaq, amma məhz oxumaqüçün münasib olduğundan elektron kitablardan istifadə olunacaq”.

Psixoloq Vəfa Rəşidovadeyir ki, kitabı kağız variantında oxumaq dahayaxşıdır: "Bir çox ailələr uşaqlara güclə kitab oxutmağa çalışırlar. Həttaonlara internet vasitəsilə kitab oxutdururlar. İnternet vasitəsilə oxunankitablar insan psixologiyasına mənfi təsirini göstərir və insanı həddindənartıq tez yorur. Əgər kağız variantda 10-15 səhifə oxuya biləcəksənsə, internetvasitəsilə cəmi bir-iki səhifə oxumaq olur. Onun şüası insanı tez yorur. Hər kəsöz sahəsinə, maraq dairəsinə uyğun kitabları kağız variantında seçib oxusa dahayaxşı olar. Əgər hansısa şəxs onun üçün maraqlı olmayan bir kitabı oxumağa məcburedilsə, oxusa da effekti olmayacaq. İnsan kitabı oxuyarkən ilk növbədə onun özüüçün nə dərəcədə maraqlı olduğunu və nə dərəcədə əhəmiyyət kəsb etdiyini düşünməlidir”.

Jurnalist Zahir Əzəmət isə hesab edir ki, dünyada olduqca aktual olanelektron kitablar elektron qurğular vasitəsilə daha da geniş yayılmaqdadır.Onun sözlərinə görə, texniki üstünlüklərinə və rahatlığına baxmayaraq elektronkitabların adi kitabları tamamilə sıradan çıxarma ehtimalı yoxdur: "Son vaxtlarhəm pullu şəkildə, həm də elektron formada kitablar yayılıb. Amma mən düşünmürəmki, ənənəvi kitablar tamamilə sıradan çıxsın, çünki onun oxucuları da var.Lakin nəzərə alsaq ki, kitab bazarında hazırda elektron kitablar daha çoxüstünlük təşkil edir, o zaman kitab bazarında onların üstünlük təşkil edəcəyiehtimalı var. Lakin Azərbaycanda hələ ki, elektron kitab yayan sistem yoxdur.Bunun üçün də ölkədə 5-10 ilə elektron kitabların bu dərəcədə adi kitablara təsiredəcəyini düşünmürəm”.

"Əli və Nino” kitabmağazalarışəbəkəsinin təsisçisiNigarKöçərli elektron və ənənəvikitab arasında bir fərq qoymur. O, müasir texnologiyaların, internetin, telefonunkitaba olan təsirinə çox yaxşı baxdığını bildirir: "Mən hesab etmirəm ki,internetdən istifadəedənadamkitab oxumur, bu, qəti belədeyil! Kitabı oxumaq istəyənadamonu internetdən də tapıb oxuyur.Bununheç bir fərqi yoxdur, əsas odur ki, kitab oxunsun.Ölkəmizdə kitabmağazalarının sayı çox azdır.Bu isə oxucuların azalmasına dəlalət edir.12-13iləvvəlbu mövzu aktual deyildi.Kitabla bağlı heç kəs danışmaq istəmirdi.Sevinirəmki, nəhayət, kitab barədə danışılır.Kitab artıq bizim həyatımıza hərhansı formada gəlib.Amma yenə də çox narazıyam.Hələ kitaba marağınartması, oxunması üçün çox işlər görməliyik.Bu sahədə dəyişikliklərolmalıdır.Əhalisi 10 milyona yaxın olan ölkədə cəmi on kitab evi var. Bu,çox aşağı bir rəqəmdir.

Mütəxəssislərisə deyir ki, həm elektron, həm də kağız kitabların özünəməxsus müsbət və mənfitərəfləri olsa da müasir günümüzdə elektron kitabların daha aktual olduğuaçıq-aşkar görünür. Bütün bunlar ölkəmizdə də elektron kitablara tələbatıartırdığından bu sahədə müəyyən çatışmazlıqlar nəzərə çarpır. Jurnalist Z.Əzəmət də bunu əsas gətirirək Azərbayacndaelektron kitab bazasının yaradılmasını vacib sayır.

Xatırladaq ki,bəzi mütəxəssislər iddia edir ki, elektron kitabların çoxalması, kağız nəşrlərinsayının azalması isə meşələri də kəsilməkdən qoruyacaq.

Rüfət Soltan