adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Sentyabr 2014 13:01
36872
MÜSAHİBƏ

Cəmiyyət ədəbiyyata minnətdar olmalıdı...

Bu günkü müsahibim tənqidçi Elnarə Akimovadır.

-Elnarəxanım, bu gün ədəbi mühütdəki tənqidin vəziyyəti sizi qane edirmi?

- Əslində tənqidin missiyası şərh etməkdirsə,tənqidçinin də birinci missiyası buna yönəlməlidir. Mən bir dəfə bu fikridemişəm, yenə də bu fikirdəyəm ki, tənqid ədəbiyyatın kollektiv zəkası kimiüzdə olmayınca onun varlığından söhbət getməyəcək.

Təəssüf ki, bu günkü prosesdə tənqidin davamlıdeyil, daha çox epizodik iştirakından söhbət gedə bilər. Deyək, ki, bumissiyanı müəyyən qədər "oxu zalı” özüzərinə götürüb. Hər ay bir əsər müzakirəyə çıxarılır, həmin əsərə bir neçə tənqidçi öz münasibətini bildirir.Müəyyən fikir mübadiləsi, mübahisələr olur, müəllif öz fikirlərini, iradlarınıbildirir. O başqa məsələ ki, burada ədəbi dəyələr necə qorunur, hansıtəsəvvürlərdən, hansı estetikanın prinsiplərindən çıxış edilir. Nəticədə əsərləbağlı eyni məqamda rəy müxtəlifliyi yarananda proses də canlı görünür, tənqidinözü də. Amma başqa yanaşmalar da var təbii. Kimsə xoşuna gələn bir əsərigötürüb oxuyur, onun haqqında yazmağa ehtiyac hiss edir və s. Yaxud tənqiddüşüncə ərazilərini genişləndirir, əsərdə nədənsə təsirlənib, hansı məqamdansatutunub özünün düşüncələrini, yanaşmasını sərgiləyir. Esse janrında məsələn.Tənqidçi ədəbiyyat müstəvisi üzərində özünün sənət və həyat haqqındakonsepsiyasını qoyur ortaya. Bütün bunlar həm tənqidi, həm də ədəbi prosesi öz içindəehtiva eləyən bir hərəkatın göstəricisi olmaqla bahəm, tənqidi sovet dövründəona yüklənmiş əsərlərin qoşqusu olmaq missiyasından uzaqlaşdırır.

O ki, qaldı digər məsələyə. Vəziyyət sizi qaneedirmi deyirsən, əzizim Samirə! Tənqidin inkişaf mexanizmini stimullaşdıranmüəyyən amillər olmalıdır. Bilirsinizmi, təbii ki, ədəbiyyat ilk növbədəəsərlər deməkdi. Bəs tənqid nə üçündür? Tənqid də həmin əsərləri cəmiyyətə,oxucuya təqdim edən, onun məziyyətlərini, sənətkarlıq xüsusiyyətlərini açan,yəni başqa bir dil ilə oxucuya yaxınlaşan elmdir. Amma bu gün bunustimullaşdıran bir mexanizm olmadığından tənqidçilərimiz də dolanışıqucbatından tənqidlə yox, pedaqoji fəaliyyətlə, nə bilim cəmiyyət problemləriiçrə gəzişməklə məşğuldurlar, bir qismi ədəbiyyat tarixi məsələləri iləilğilənir, digər qismi bir yazıçı, yaxud şair haqqında bütöv kitab yazmaqlagörünməyi məqbul hesab edir.

-Sizcənələr etmək lazımdır ki, tənqidin vəziyyəti istənilən səviyyədə olsun?

- Tənqidçilər bir orqan ətrafında birləşsinlər,ayrıca bir qurumları olsun. Hal-hazırda bizdə ədəbi-tənqid şöbəsi yaradılıb.Ümid edək ki, uğurlu missiyalar həyata keçiriləcək. Yaxşı olardı ki, tənqidassosiasiyası da yaradılsın. Biri var bunu hansısa sosial şəbəkədə yaratmaq,biri də var daha qlobal, daha məqsədyönümlü şəkildə yanaşma sərgiləmək. Ancaqindiki şəraitdə hələ ki, belə fikirləri həyata keçirmək irreal görünür. Bunuölkənin yeganə tənqid orqanı olan "Tənqid net”ə münasibətdən də görürük. Hərdəfə jurnalın nəşri ilə bağlı müəyyən instansiyalardan sponsorluq xahiş etməklə hara qədər yürümək olar ki?Jurnalla bağlı simvolik olaraq yuxarı dairələrə məktub da ünvanlandı. Nəticəoldumu? Bu, ümumən cəmiyyətin ədəbiyyata ayırdığı diqqətin nəticəsi idi.

Biz məsələyə qlobal yanaşmaqdan daha öncə onun öziçimizdən nəşət edən problemlərini çözməliyik bəlkə də. Hamı deyir ki, tənqidyoxdu, amma hamı tənqiddən umur. Bəsyazıçı-tənqidçi münasibətlərində nə qədər kübar, mədəni, anlaşıqlı davranabilirik? Bu gün bir yazıçının tənqidçiyə verdiyi qiymət həmin tənqidçininyazıçıya verdiyi qiymətlə ölçülür. Tutaq ki, tənqidçi hansısa bir yazıçıhaqqında xoş söz deyirsə, o da həmin yazıçını ən yaxşı tənqidçi hesab edir.Yox, əgər tənqidçi işdi-şayəd çaşıb yazıçının əsərindəki hansısa məqamlaratənqidi yanaşırsa, münasibətlər üz yüz altmış dərəcə dəyişir. Təbii ki, mövqeyiolan tənqidçi üçün belə cahil yanaşmaların önəmi olmamalıdır. O cümlədən,özünə, sözünə, istedadına arxayın olan yazıçı tənqiddən qorxmaz, qorxmamalıdırhər halda...

-Sizcəyazıçı tənqidə nə dərəcədə əhəmiyyət verməlidi? Və yaxud da mövqeyi necəolmalıdır?

-Yazıçının tənqidə verdiyi qiymət onun özünün özyaradıcılığına hörmətidir. Bir vaxtlar dəbdə olan bir söz vardı, elə indi dəhəmin ifadəni işlədirlər ki, mən tənqidçi üçün yox, oxucu üçün yazıram. Əvvəla,qələmimizdən çıxan hər şey elə oxucu, daha doğrusu oxucusu üçün yazılır.Üstəlik, tənqidçi də elə oxucudu, amma müəyyən biliyə sahiblənmiş, mütaliəsiolan, zövqü formalaşmış oxucu. Meydana qoyulan mətn bir də peşəkar süzgəçindən, elmi-nəzəridüşüncədən keçsə əhəmiyyətli olmazmı? Bu baxımdan mən düşünürəm ki, hər biryazıçıya tənqidçi fikri maraqlı olmalıdı. Əgər kimsə deyirsə ki, maraqlı deyil,mən onun səmimiliyinə inanmıram. Və bunun da xeyli nümunələrini görmüşəm.

-Birtənqidçi kimi bu günkü ədəbi mühit kənardan sizə necə görsənir?

-Bu gün çox istedadlı imzalar var. Bunumüəyyənləşdirmək üçün yazarın lap kiçik bir köşə yazısı belə kifayət edir.Misal üçün, Şərif Ağayarın köşə yazısını oxuyanda belə mən zövq alıram. Ammaeyni zamanda acıyıram. İstedadın cəmiyyət xırdalıqları içrə paylanmasısəbəbinə. İçərisində o qədər enerji olan insana imkan yaratmaq lazımdırki, ədəbiyyatla məşğul ola bilsin."Haramı”nı yazan qələmdən daha mükəmməl əsərlər sıza bilsin. Yaxud da SeymurBaycanın, Qan Turalının, Mirmehdinin, Şəhriyarın, Fəridin keçib gəldiyimizzamanı – onun faciələri, keçid dövrünün ortaya çıxardığı çətinlikləri, həminillərdə gəncliyə vurulan zərbələri öz mətnlərinə hopdurmaq istedadı var ki,nəsrin diriliyini təmin edən strategiyanı hazırlaya bilərlər.

Bilirsinizmi, adətən, 80-ciləri itirilmiş nəsiladlandırırlar. 90-cıların da bədbəxtçiliyi ondadır ki, onlar oxunmadıqları birdövrə gəlib çıxdılar. Bir çoxları onları oxumayaraq deyir ki, yaza bilmirlər,istedadları yoxdur, əvvəl yazsınlar, sonra inqilabi ədada bulunsunlar. Amma bugün onları kim oxuyur?! Mən müxtəlif ədəbiyyat dairələrini bölüşürəm. Yeninəsil ədəbiyyatından məlumatsızlığın şahidi oluram. Ədəbi yekunlarla bağlıməruzələrimizdən sonra çox alimlərin belə tanımadığı gəncin əsərinə göstəriləndiqqəti ironiya ilə qarşıladıqlarını görürəm. 90-cı illərdən sonra dayanıbmıproses, yeni zaman ardınca yeni imzalar gətirməli deyilmi? Mənə belə gəlir ki, bu gün ədəbiyyat inkişafdavə hərəkətdədir. Gözlənilən nəsr əsəri də, şeir nümunələri də bu günküistedadlı insanların qələmindən çıxacaq.

Bu fikri indi daha inamla deməyimdə əsas var.90-cılarla bağlı müəyyən araşdırmalar üzərində işləyirəm. Bu dövr poeziyasınınbir nəsr qədər çəkisi, ağrı yükü var. Yalnız nəsr əsəri zamanı, dövrü ilə bağlıgələcəyə mesaj ötürmür ki... 90-dan üzü bəri formalaşan poeziya nümunələrigöstərir ki, yeri gələndə bu missiyanı poeziya daha naturfəlsəfi boyalarlaədəbiyyata gətirməklə realizə edə bilər.

-Bu günyazılan nəsr əsərlərində, romanlarımızda nə çatışmır?

-İlk növbədə, gerçəkliyin təqdimi və bununla yanaşıqoyulacaq sirr, mətnin məhculluq qatı. Mətnin daxili strukturunun əsasındaməhz, bu iki amil dayanır. Bir də dil amili təbii ki.

-Sizcəyazarlarımız mətnlərində səmimidirlər?

-Məsələ burasındadı ki, hədsiz səmimidirlər. Burdasəmimillik sözü yazarın içinin şəffaflığından daha çox yazı texnologiyasındakıbicliyin yoxa çıxması mənasında qavranmalıdır. Heç bir mətləb axtarışına meyletməmək, etalonsuzluq – yəni, düşündüklərini bir mövzunun içinə daxil edib tələm-tələsiktəqdim etmək mərəzi əsəri estetik bütövlükdən məhrum edir.

-Dosxanıncıillərdən üzü bəri cəmiyyət olaraq çox ağır günlər yaşadıq. Bununla yanaşıvəziyyəti əks etdirə biləcək, xüsusilə də Qarabağ müharibəsinə aid yetərliciddi ədəbiyyat nümunələri yaranmadı. Siz nə düşünürsünüz bu barədə. Nə səbəboldu buna? Əgər istedadlı nəsil var idisə, niyə həmin əsərlər yaranmadı?

-Məncə, cəmiyyət müharibə mövzusunda az-çox eləədəbiyyata minnətdar olmalıdı. Çünki, onun özünün unutduğu məqamlarda ədəbiyyatbu mövzulara daha həssas yanaşdı. Müharibə mövzusunda xeyli nəsr nümunələriyarandı. Ola bilsin ki, dünya ədəbiyyatına maraqlı ola biləcək səviyyədə əsərortaya qoyulmadı. Yəni Azərbaycanın hüdudlarını yarıb dünya hüdudlarına çıxasıəsərlər yazan olmadı. Bunun üçün daha əhatəli, daha bütöv yanaşmaya ehtiyacvar. Bilirsinizmi, roman müəllifi bəlkə də əsərdə Allah səviyyəsində olmalıdırki, hadisələrin pik nöqtəsindən, zirvə məqamından baxış sərgiləyə bilsin.İnanaq ki, bir gün Qarabağ haqqında gözlədiyimiz həmin əsər yazılacaq. Beləəsər yazılacaqsa, elə bunu 90-cı illərin içərisindən keçən yazarlar yazacaq.Çünki, içlərində müəyyən qədər həmin ağrını yaşamış, bişirmiş insanlar buhadisələri daha dərindən hiss edə bilirlər. Nə qədər yuxarı qalxsalar daaşağıları seyr eləmək onlara çətin olmayacaq. Həmin ağrılarına, şüuraltındailişib qalan zərbələrin yaddaşına sığınıb yaza biləcəklər. Ümumiyyətlə, vaxtötdükcə Qarabağ mövzusuna daha mühafizəkar yanaşıram. Elə bilirəm ki, illərkeçdikcə, daha çox yaddaşsızlaşmaya doğru gedirik. Qarabağsız bir nəsilböyüyür. Mən övladıma erməni xisləti ilə bağlı müəyyən informasiya ötirəbilərəm, Qarabağın gözəlliyini tərənnümedən onlarla şeir öyrədə bilərəm. Amma mən ona torpaq itkisinin necə əzablı birşey olduğunu tam dərinliyi ilə yaşada bilmərəm. Barikkonun "Yeni əsr” əsərində bütün həyatını gəmidəkeçirən pianoçu tək bircə dəfə sahilə çıxmaq qərarına gəlir və limana düşməmişgeri qayıdır. "Sən orda nə gördün ki, qayıtdın” sualına cavabı belə olur: işbundadır ki, mən orda heç nə görmədim. Bəlkə də müqayisə qüsurludur. Ammamüəyyən dərəcədə həqiqəti əks etdirir. Gözünü açıb torpağı yad əllərdə görənuşaq sabah onu qaytarmağa hansı əzmlə atılacaq ki... Ona görə razıyam ki, səfərbərlik elan olunsamənim qardaşım da, yoldaşım da müharibəyə getsinlər, döyüşsünlər. Məsələçözülsün və gələcək nəsillərə ötürülməsin.

-Elnarəxanım, bəs bu gündən boylananda XX əsr Azərbaycan ədəbiyyatı sizə necəgörsənir?

-Ümumiyyətlə, XX əsr ədəbiyyatı dedikdə daha çox60-cılar yada düşür. Yaxud əsrə tarixi-tipoloji vahid kimi yanaşmayıb, eləcəsovet dövrü ədəbiyyatını təhlil etməklə məşğuluq. Halbuki, XX əsrin birinci yarısında yaranan ədəbiyyatəsrin xüsusiyyətlərinin açılmasında daha çox kodları, şifrələri nişan verir.Yəni tarixə bütöv yanaşmaq lazımdı, qırıq-qırıq yanaşanda, elə yanaşmanın özüdə dağınıq olur. Məsələn, son zamanlar Səməd Vurğun yaradıcılığı dəfələrləolduğu kimi, yenidən ittiham predmetinə çevrilib. Profan düşüncə meydansulayır. Eyni səxavətlə, gərək Müşfiqi də ədəbiyyat yaddaşımızdan silək ki,"yenə o bağ olaydı”nı yazan şair niyə təbini zorlayıb "Buruqlar arasında”poemasını yazırdı, yaxud Cavidi qınayıb küskünləşək ki, "İblis”i yazan bir qələmdən niyə "İblisinintiqamı” zühur edirdi... Niyələrin sayını istənilən qədər artıqmaq olar. Əsasolan cavabdı ki, onu da zaman verir. Öz mürəkkəbliyi, faciəsi, təzadlarıilə...

-ElnarəAkimova imzası son zamanlar az görünür. Bu nə ilə bağlıdı?

-Hal-hazırda doktorluq işimlə bağlı araşdırmalaraparıram. Bu üzdən, bir müddət prosesdən çəkilməyə, elmi işimə köklənməyə qərarvermişəm. Amma müasir ədəbiyyat həmişə mənim daxilimdədi, inşaallah çox çəkməzqayıdaram.