27 Oktyabr 2014 09:36
9863
ƏDƏBİYYAT

Cəmil Əlibəyova nekroloq

Azərbaycan ziyalılarına ağır itki üz verib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, görkəmli yazıçı, publisist, əməkdarincəsənət xadimi Cəmil Ədil oğlu Əlibəyov 87 yaşında vəfat edib.

Cəmil Əlibəyov 1927-ci il dekabrın 5-də Füzuli rayonunun Dədəli kəndində anadan olub. İlk təhsilini kəndlərindəki məktəbdə alıb. 1944-cüildə indiki Bakı Dövlət Universitetinin "Şərqşünaslıq” fakültəsinə daxil olub, beşincikursdan "Tarix”fakültəsinə keçib, ali təhsilini elə bu fakültədə tamamlayıb.

Əməkfəaliyyətinə 1949-cu ildə "Azərbaycan gəncləri” qəzetində ədəbi işçi kimibaşlayan Cəmil Əlibəyov iyirmi il həmin qəzetdə ədəbi işçi, şöbə müdiri, məsulkatib, son on iki ildə isə baş redaktor kimi fəaliyyət göstərib. AzərbaycanKomsomolu Mərkəzi Komitəsi bürosunun üzvü, gənclərin Ümumittifaq və Respublikatəşkilatlarının qurultaylarına nümayəndə seçilib. Çalışdığı qəzet gənclərin sosial həyatını gerçəkliyiilə işıqlandırdığına görə o vaxtkı gənc nəslin böyük etimadını, sevgisini qazanıb. Onun tərbiyəvi mövzularda yazdığıməqalələrini, gənclərinhəyatından bəhs edən oçerklərini o dövrün adamları indi də xatırlayırlar. İşlədiyidövrdə qəzetin tirajı 20 mindən 450 minə yüksəlmişdi.

Cəmil Əlibəyov yazıçı, publisist olmaqla yanaşı, həmdə ictimai xadim idi. O, 1970-ci ildə Respublika Radio və Televiziya VerilişləriKomitəsinin sədr müavini vəzifəsinə təyin olunub. Həmin dövr radiosu öz verlişləri ilə xalqa, onunənənələrinə mənəvi dəyərlərinə, obrazlı dilinə daha da yaxınlaşıb. Onunyaratdığı "Bulaq" verilişi qırx ildən artıqdır ki, efirdədir. Buverilişə görə C.Əlibəyov Azərbaycan Jurnalistlər İttifaqının "Qızılqələm" mükafatına layiq görülüb.

1974-cü ildə C.Əlibəyova daha məsul vəzifə tapşırılıb. O,on il C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru olub. Onun rəhbərliyi dövründə istehsal olunan filmlər say vəkeyfiyyətcə yüksək qiymətləndirilib, ümumittifaq, beynəlxalq və Respublikamükafatlarına layiq görülüb. "Dədə Qorqud", "Babək","Dərviş Parisi partladır", "Tütək səsi","İstintaq", "Ad günü", "Qayınana","Papaq" filmləri qızıl fonda daxil edilib. C.Əlibəyov1984-1988-ci illərdəAzərbaycan Dövlət Nəşriyyatında baş redaktor və direktor,1988-1990-cı illərdə "Kommunist" ("Xalqqəzeti") qəzetində baş redaktor işləyib.1990-cı ildən sonra "Yazıçı" nəşriyyatında baş redaktor vəzifəsinəkeçirilib, sonralar "Novruz","Vahid" qəzetlərində baş redaktor, "Elm və həyat"nəşriyyatında təsisçi-direktor vəzifəsində çalışıb. Özünə və başqalarına qarşı olduqca tələbkar, həm dəsəmimi, işgüzar bir insan olan C.Əlibəyov harada, hansı vəzifədə işləmişdisə, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, bir sıradövlət mükafatları, orden və medallarlatəltif olunub.

Qeyd olunduğu kimi, Cəmil Əlibəyov bədii yaradıcılığa hələ "Azərbaycan gəncləri"qəzetində işləyərkən başlayıb. "Sınaq", "Mənim analı dünyam","Həyatın özü", "Dözümlü məhəbbət" romanları,"Qayaların göz yaşı" povesti Moskvada rus dilinə tərcümə olunub."Dünyanın o biri ucu", "İlk məhəbbət" romanları və"Özümü axtarıram", "Analar..", "Anam Arazımmənim" və digər povestlərinin taleyi də uğurlu olub."Gülüstandaqətl" pyesi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Onun romanvə povestlərində, kiçik həcmli hekayələrində belə insan taleyi real boyalarlatəsvir olunub, maraqlı,bitkin insan xarakterləti yaradılıb.

Cəmil Əlibəyivun əsərləri onun keşməkeşli həyatınınbədii güzgüsüdür. "Mənim analı dünyam” romanında ana məhəbbəti ilə yanaşıananın başına gələn müsibətlər öz əksini tapıb. Ömrünün son illərində ərsəyəgətirdiyi "Zəmanələr ilə üz-üzə” adlı iri həcmli bioqrafik əsərində isə keçdiyihəyat yoluna nəzər salmaqla yaşadığı cəmiyyətin acılı şirinli günlərini qələməalıb.

Cəmil Əlibəyov tərcümə sahəsində də öz qələmini sınayıb və bu sahədədə böyük uğur qazanıb. Çingiz Aytmatovun "İlk müəllim”, "Ana tarla”, "Ağ gəmi” povestləri,J.Sandın "İndiana”, S.Solovyovun "Sənin haqqında kitab”, Albert Lixanovun"Həyat haqqında danışmaq istəyirəm” əsərləri Azərbaycan oxucularına məhz onuntərcüməsində çatdırılıb.

Jurnalist kimi ABŞ-dan, Türkiyədən, Avstriyadan,İrandan və b. ölkələrdən yazdığı səfər oçerkləri maraqla qarşılanıb.

Qəribəliklərlə dolu taleyində oxşarlıqlar da çoxdur.Atasının Sovet quruluşunun sinfi düşməni hesab edilərək "kulak” siyahısına salındığına görə ölkədən qaçması ona uşaqlıq illərindəata həsrətini, ömrünün ahıl çağında isə doğulub boya-başa çatdığı Qarabağınişğalı ona torpaq həsrətini, vətən nisgilini yaşatdı. Cəmil Əlibəyovu torpaqlarımızınişğalı çox sarsıtdı, öz dili ilə desək "belini əydi”. Qarabağın problemləri iləbağlı əsaslı faktlara, şəxsi müşahidələrinə söykənən məqalələri ilə bir sıraxarici ölkə mətbuatında çıxış edib haray qaldırdı.

Azərbaycanda və xaricdə çap olunmuş 40-a qədər kitabınmüəllifi olan Cəmil Əlibəyov olduqca sadə, təvazökar bir insan idi. O,insanlara əl tutub yaxşılıq etməkdən zövq alırdı. Məhzelə ona görədir ki, indi onlarla tanınmış jurnalistlər bir çox yazıçılarC.Əlibəyovu müəllim, ustad adlandırırlar.